Uzun müddət bağlı qalmış ağır cinayətin üstü açılmışdır

2006-cı il aprelin 16-da Gəncə şəhəri, 1-ci mikrorayon yaxınlığındakı bağ sahəsində 1983-cü il təvəllüdlü, Gəncə şəhər sakini Rüstəmova Gülgəz Məhərrəm qızının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilmişdir.
Faktla bağlı 2006-ci il aprelin 17-də Gəncə Şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətmiş şəxs müəyyən edilmədiyindən işin icraatı dayandırılmışdır.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, 2012-ci il yanvarın 9-da vətəndaş Məlikova Kəmalə Məhəmməd qızı polis orqanlarına müraciət edərək, G.Rüstəmovanın əri Məlikov Ceyhun İlyas oğlu tərəfindən öldürüldüyünü bildirmişdir.
Bundan sonra cinayət işinin icraatı təzələnmiş və aparılan istintaqla müəyyən edilmişdir ki, 2006-cı il aprelin 16-da saat 21:00 radələrində Gəncə şəhər sakini, 1976-cı il təvəllüdlü Ceyhun Məlikov yuxarıda qeyd edilən ünvanda tanışı Gülgəz Rüstəmova ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunu qəsdən öldürmək məqsədi ilə bağdan götürdüyü bellə baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə endirməklə onu qəsdən öldürmüşdür.
2012-ci il yanvarın 10-da Gəncə Şəhər Prokurorluğu və şəhər baş polis idarəsi əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ceyhun Məlikov tutularaq istintaqa cəlb olunmuş və ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında