Elmar MƏMMƏDYAROV: Somalidəki vəziyyətə qayğı və diqqətlə yanaşılmalıdır

Biz Somalidəki münaqişəli vəziyyətə qayğı və diqqətlə, siyasi, humanitar, təhlükəsizlik problemlərinin həllinə yönəldilmiş kompleks strategiya əsasında, bütün dövlətlərin birgə səyləri ilə yanaşmalıyıq.
Bu sözləri BMT Təhlükəsizlik Şurasının Somali üzrə iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov demişdir.
Nazir Azərbaycanın Somalinin Keçid federal hökumətinə və bu ölkədə Afrika İttifaqının missiyasına çətinliklərin öhdəsindən gəlməsi və təhlükəsiz, sabit, vahid, demokratik millətin yaradılması istiqamətində səylərində dəstəyini ifadə etmişdir.
Bundan əlavə, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Somalidə sülhün və milli barışığın əldə olunmasında və bu ölkədə humanitar böhrandan zərər çəkmiş insanların təcili ehtiyaclarının təmin edilməsində İslam Əməkdaşlığı Təşkilatının və onun üzvü olan dövlətlərin səylərini qeyd etmişdir.
E.Məmmədyarov vurğulamışdır ki, təhlükəsizlik sahəsində nailiyyətlər beynəlxalq ictimaiyyət tərəfindən lazımi dəstək olmadan saxlanıla bilməz. O cümlədən missiyanın möhkəmləndirilməsi, onun "yol xəritəsi"nin həyata keçirməsinə verdiyi töhfənin saxlanılması üçün bütün ehtiyatlardan istifadə olunmalıdır. Biz bu məsələyə dair Baş katibin fikrini tamamilə dəstəkləyirik ki, Somaliyə "yol xəritəsi"nin reallaşdırmasında kömək lazımdır. Cari il yanvarın 5-də qəbul olunmuş Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurasının qərarına və onun BMT Təhlükəsizlik Şurasına müraciətinə əsaslı surətdə baxılmalıdır.
Somalinin təhlükəsizlik institutlarının bərpasında beynəlxalq dəstəyin vacibliyini vurğulayan nazir demişdir ki, biz asimmetrik terror hücumları ilə mübarizə üçün müvafiq hərbi dəstəyin ehtiyacını nəzərə alırıq. Bizim ölkəmiz razılaşır və təsdiq edir ki, Somalidə humanitar vəziyyət pisləşməkdə davam edir. Azərbaycan Afrika Buynuzu ərazisi regionunda ən zərər çəkmiş ölkə olan Somalidə humanitar böhran ilə mübarizəyə təcili köməyin göstərilməsi ilə bağlı hökumətlərin və beynəlxalq təşkilatların çağırışlarına cavab vermişdir. Azərbaycan bu dəstəyi davam etməyə hazırdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında