Görülən işlər qənaətbəxşdir

Kürdəmir RİH başçısının Muradxan ərazi nümayəndəliyinin 2011-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Rayon icra hakimiyyəti aparatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdikləri yığıncaqda RİH başçısının Muradxan ərazi vahidliyi üzrə nümayəndəsi Mirtalıb Mahmudov hesabat məruzəsi etdi. O qeyd etdi ki, Muradxan ərazi vahidliyində 5329 nəfər yaşayır. Hesabat dövründə kənd əhalisinin maddi rifah halının daha da yaxşılaşdırılması istiqamətində bir sıra məsələlər öz həllini tapmışdır. Belə ki, ərazidə poçt-rabitə xidməti, 2 mərtəbədən ibarət və bütün zəruri şəraiti olan həkim sahə məntəqəsi tikilərək sakinlərin istifadəsinə verilmişdir. Ərazidə həmçinin su təmizləyici qurğu inşa edilmiş, elektrik naqilləri və dirəkləri təzələnmiş, yol kənarında yaşıllıqlar salınmış, əkin sahələrinin suvarılması üçün yeni beton kanallar çəkilmişdir. Bundan əlavə, Sor-Sor kəndində 220 şagird yerlik yeni məktəb binasının, su təmizləyici qurğunun tikintisinin davam etdirildiyi, hər 3 kəndi birləşdirən körpünün əsaslı təmir olunduğu da yığıncaq iştirakçılarının nəzərinə çatdırıldı.
Tədbirdə çıxış edən kənd sakinlərindən Ərzuman Məmişov, Ağa Qasımov, Zeynal Səfərov, Mübariz Cəfərov və digərləri son illərdə respublikamızda, o cümlədən rayonda, eləcə də kənd ərazi vahidliyində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışaraq görülən işlərə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Kənd sakinləri onları maraqlandıran məsələlər barədə aidiyyatı təşkilatların rəhbərlərinə müraciət etdilər.
Rayon mexaniki suvarma idarəsinin rəisi Həmid Abbasov, elektrik şəbəkəsinin müdiri Elşad Rzayev, statistika idarəsinin müdiri Ağalar Hacıyev, təhsil şöbəsnin müdiri Tacəddin Novruzov kənd sakinlərinin müraciətlərini cavablandırdılar.
Yekunda çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov 2011-ci ildə Muradxan ərazi vahidliyində görülmüş işləri qənaətbəxş hesab edərək, bununla yanaşı gələcəkdə də bir sıra vacib məsələlərin öz həllini tapacağını önə çəkdi.
Natiq öz çıxışında Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin respublikanın bütün bölgələrinə olduğu kimi, Kürdəmir rayonuna da göstərdiyi diqqət və qayğıdan xüsusi bəhs etdi, gələcəkdə rayon mərkəzinin və kəndlərin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görüləcək işləri qeyd etdi.
Yekunda kənd sakinləri, ağsaqqallar kənddə onlar üçün yaradılmış şəraitə görə bir daha öz minnətdarlıqlarını bildirdilər.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında