Azərtac və Parlament Jurnalistləri Birliyi Alanyada "Ermənilərin Azərbaycanda törətdikləri soyqırımları fotolarda" adlı sərgi açmışlar

Martın 30-da Türkiyənin turizm bölgələrindən olan Alanyanın mərkəzi Atatürk meydanında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar "Ermənilərin Azərbaycanda törətdikləri soyqırımları fotolarda" adlı fotosərgi açılmışdır.
Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Azərbaycan Parlament Jurnalistləri Birliyinin (APJB) təşəbbüsü, Türkiyə Qəzetçilər Federasiyası (TQF) və Alanya Qəzetçilər Cəmiyyətinin (AQC) təşkilatçılığı ilə keçirilən fotosərgidə ermənilərin 1918-ci ildə Azərbaycanın müxtəlif regionlarında törətdikləri kütləvi qırğınları, 1990-cı il 20 Yanvar qətliamını, XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımını, habelə 1988-1994-cü illdə erməni silahlı birləşmələrinin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri digər dəhşətləri, eləcə də tarixi-mədəni abidələrin aqibətini əks etdirən fotolar nümayiş etdirilir.
Əvvəlcə Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü, azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, İstiqlal marşı oxunmuşdur. Sonra sərginin açılışı olmuşdur.
Alanya Qəzetçilər Cəmiyyətinin sədri Məhmət Əli Dim, PJB-nin sədri Elşad Eyvazlı, AzərTAc-ın bölmə müdiri, PJB sədrinin müavini Xətai Əzizov sərginin əhəmiyyətindən danışmış, ermənilərin zaman-zaman türklərə və azərbaycanlılara qarşı irəli sürdükləri əsassız ərazi iddiaları, erməni vəhşilikləri barədə ətraflı məlumat vermişlər.
Bu ilin əvvəllərində Azərbaycana səfəri çərçivəsində Qubadakı kütləvi məzarlığı ziyarət etdiyini vurğulayan Məhmət Əli Dim ermənilərin 1918-ci ildə Azərbaycanda törətdikləri qətliamlardan dəhşətə gəldiklərini bildirmişdir. O demişdir ki, sərgini təşkil etməkdə məqsəd bir daha dünya ictimaiyyətinin diqqətini bu cür faciələrə yönəltməkdir. Bu şəkillərə baxdıqdan sonra hamıya aydın olur və faktlar bir daha sübut edir ki, əsl soyqırımını məhz ermənilər törətmişlər.
E.Eyvazlı tədbirin təşkilinə və göstərilən hər cür dəstəyə görə TQF və AQC rəhbərliyinə, Alanya bələdiyyə başqanına və digər qurumların rəhbərlərinə, türkiyəli jurnalistlərə minnətdarlıq etmiş, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri qətliamlar, terror aktları barədə məlumat vermişdir. O demişdir ki, bu cür sərgiləri təşkil etməklə biz əslində kimin soyqırımına məruz qaldığını dünya ictimaiyyətinə çatdıra biləcəyik.
Məhmət Əli Dim belə bir sərginin martın 31-də Ankarada da açılacağını bildirmişdir.
Alanyanın kaybakanı Hülusi Doğan sərginin təşkilinin qardaş Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin bariz nümunəsi olduğunu bildirmişdir. O demişdir ki, əslində ermənilər saysız soyqırımları törətmiş, lakin məzlum xalq obrazı yaratmaqla ictimaiyyəti bir qədər aldatmağa nail olmuşlar. Bu cür sərgilər isə bir daha sübut edir ki, əslində ermənilər türklərə və azərbaycanlılara qarşı misli görünməmiş soyqırımları, terror aktları törətmişlər. Kaybakan bu cür sərgilərin təşkilinin vacibliyini qeyd etmiş, rəhbərlik etdiyi qurumun belə tədbirlərə hər cür dəstək verməyə hazır olduğunu bildirmişdir.
Sərgini ziyarət edənlər arasında Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlu, Azərbaycanın erməni daşnaklarından azad olunmasında əvəzsiz xidmətləri olmuş Ənvər paşanın nəvəsi Osman Mayatəpə, Alanyanın rəsmiləri, siyasi partiyaların və ictimaiyyətin nümayəndələri, alman, ingilis, polyak turistlər olmuşdur.
Sərgi bir həftə davam edəcəkdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında