Ermənilər "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasına dair qanunun Rusiya Dövlət Dumasında da qəbulu üçün fəaliyyətə başlayıblar

Rusiyada fəaliyyət göstərən erməni diaspor təşkilatları Fransa parlamentində qəbul edilən qondarma "erməni soyqırımı" iddiasını inkar edənlərin cinayət məsuliyyəti daşıması haqqında qanunun eynisinin Rusiya Dövlət Dumasında qəbul edilməsi üçün fəaliyyətə başlamışlar.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, ermənilərin kompakt şəkildə yaşadığı Soçi şəhərində imzatoplama kampaniyasına başlanılıb. Kampaniyanın təşkilatçısı Soçi şəhərində fəaliyyət göstərən "Soçi Ermənilər Birliyi" diaspor təşkilatıdır. Təşkilatın sədri Valeri Torosyan yaxın günlərdə toplanan imzaların Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinə, hakim Vahid Rusiya Partiyasına və müxalifətdən olan millət vəkillərinə göndəriləcəyini bildirib.
Qeyd edək ki, Fransa Milli Assambleyası ötən ilin sonlarında analoji qanun layihəsi qəbul edib. Layihə təsdiqlənmək üçün Fransa Senatına göndərilib və Senatda müzakirəyə çıxarılacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında