"Azərbaycan Xəzər dənizi regionunda zəlzələlər haqqında qabaqcadan proqnoz verə bilər"

Türkmənistan Azərbaycandan zəlzələləri qabaqcadan proqnozlaşdıran stansiyaların quraşdırılması üçün yardım istəmişdir
Hazırda Xəzər regionunda zəlzələləri 500 kilometr radiusda 10-12 saat əvvəldən proqnozlaşdırmaq mümkündür.
Yaxın zamanlarda Azərbaycan bütün Xəzər dənizi regionunda zəlzələlərin qabaqcadan proqnozlaşdırılmasını təmin edə bilər. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru Telman Əliyev məlumat vermişdir. O qeyd etmişdir ki, artıq Türkmənistan zəlzələləri qabaqcadan proqnozlaşdıran stansiyaların fəaliyyəti ilə maraqlanıb və rəhbərlik etdiyi quruma belə stansiyaların quraşdırılmasında yardım etməsi üçün müraciət edib: "Türkmənistan ərazisində də belə stansiyalar quraşdırılsa, zəlzələlərin qabaqcadan proqnozlaşdırılması bütün Xəzər dənizi hövzəsini əhatə edəcək".
T. Əliyev bildirib ki, hazırda Azərbaycanda zəlzələləri qabaqcadan proqnozlaşdıran iki stansiya fəaliyyət göstərir. Onlardan biri 2010-cu ilin mayın 1-də Qum adasında quraşdırılan stansiyadır. Digər stansiya isə Şirvanda quraşdırılıb. Hazırda isə Naftalan və Siyəzəndə belə stansiyaların quraşdırılması üzərində iş gedir: "Bu stansiyaların yaxın 3 ay ərzində quraşdırılması gözlənilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də bu prosesə dəstək verir. Nazirliyin yardımı ilə server yaradılacaq və stansiyalardan ötürülən məlumatlar serverə daxil ediləcək. Hazırda zəlzələləri 500 kilometr radiusda 10-12 saat əvvəldən proqnozlaşdırmaq mümkündür. 4 stansiya tam fəaliyyətə başlayandan sonra isə həmin radiusdakı anomal seysmik proseslərin dəqiq koordinatlarını vermək mümkün olacaq".
İnstitut direktoru qeyd edib ki, gələcəkdə proqnozların etibarlılığını daha da artırmaq üçün əlavə 4 stansiyanın quraşdırılması da nəzərdə tutulur.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında