Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Fövqəladə Hallar Nazirliyində olmuşdur

Yanvarın 11-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri İnayatullah Kakar ilə görüşmüşdür. 
FHN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Kəmaləddin Heydərov nazirliyin fəaliyyəti, həmçinin fövqəladə halların idarə edilməsi sahəsində qurumun beynəlxalq əlaqələri barədə qonağa ətraflı məlumat vermişdir. Nazir Pakistanın müvafiq qurumları ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini xüsusi qeyd etmişdir.
Səfir İnayatullah Kakar səmimi qəbula görə təşəkkürünü bildirmiş və ötən il Pakistanda baş vermiş daşqınlar zamanı Fövqəladə Hallar Nazirliyi tərəfindən göstərilmiş humanitar yardımı yüksək qiymətləndirmişdir. Səfir, həmçinin hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında