Əli ƏHMƏDOV:Ermənistanın sadə insanları öz siyasətçilərinin həyata keçirdiyi ağıllı olmayan siyasətin girovuna çevriliblər

APA -nın xəbərinə görə, Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov Azərbaycan və Ermənistan prezidentlərinin yanvarın 23-24-də Soçidə keçirilməsi gözlənilən görüşü ilə bağlı fikirlərini açıqlayarkən bildirib ki, Azərbaycanın siyasətində münaqişənin dinc yolla həll olunması prioritet istiqamətdir: "Biz hesab edirik ki, danışıqların uzun müddət davam etməsinə baxmayaraq, onun potensialı tükənməyib.
Hələ də münaqişənin dinc yol və vasitələrlə nizama salınması ehtimalı qalır. Buna görə də Azərbaycan danışıqlar prosesində iştirak edir. Bu mənada növbəti danışıqdan da gözləntimiz ondan ibarətdir ki, nəhayət, Ermənistan qeyri-konstruktiv mövqeyinə son qoysun və danışıqlar masası ətrafında ədalətli şəkildə münaqişənin nizama salınması ilə bağlı qərar qəbul etsin. Belə qərarı təkcə Azərbaycan ictimaiyyəti və cəmiyyəti gözləmir. Ermənistanın iqtisadi sıxıntılar və demoqrafik fəlakətlər içərisində yaşayan sadə insanları da bu qərarı çoxdan gözləyir. Sadəcə, Ermənistanın həmin sadə insanları da siyasətçilərinin həyata keçirdiyi ağıllı olmayan siyasətin girovuna çevriliblər. Düşünürük ki, Ermənistan siyasətçiləri bunu dərk edəcək və münaqişənin həlli üçün cəsarət tələb edən addımları ata biləcəklər. Gözləntilərimiz bundan ibarətdir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında