Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasları keçirilmişdir

Yanvarın 9-da və 10-da Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasları keçirilmişdir. 
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirmişlər ki, yanvarın 9-da keçirilən iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən Binəqədi və Lənkəran rayon məhkəmələrinin müraciətlərinə baxılaraq onların icraata qəbul edilməsi haqqında qərardadlar çıxarılmışdır.
Yanvarın 10-da keçirilən iclasda isə Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 33-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsində nəzərdə tutulmuş "könüllü gəlib təqsirini boynuna alma" və Cinayət Məcəlləsinin 60-cı maddəsində nəzərdə tutulmuş "bu Məcəllənin 59.1.9-cu və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda" müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci, 57-ci, 60-cı və 71-ci maddələri baxımından şərh edilməsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq onun icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.
Müraciətlərə mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun yanvarın 17-nə və fevralın 3-nə təyin edilmiş iclaslarında baxılacaqdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında