Bakı dünyanın ən gözəl şəhərlərindən biridir

Azərbaycanın paytaxtı Bakıda böyük dəyişikliklər baş vermişdir, şəhər böyümüş və xeyli gözəlləşmişdir.
Bu sözləri Bakıda səfərdə olan Finlandiyanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri İlkka Kanerva demişdir. Qonaq bildirmişdir ki, sonuncu dəfə Bakıda 2008-ci ildə olmuşdur. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bu səfərimiz zamanı Bakının nə qədər inkişaf etdiyinin şahidi olduq. Qısa müddətdə hündür binalar tikilmiş, şəhərdə nəqliyyatın rahat hərəkəti üçün yaxşı şərait yaradılmışdır. Tikinti işləri xüsusi zövqlə aparılır. Binalar təkcə hündürlüyü ilə deyil, eyni zamanda, arxitektura baxımından da diqqəti cəlb edir. Bakıda həyata keçirilən tikinti-quruculuq işləri onu deməyə əsas verir ki, ümumilikdə Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edir. Azərbaycanın inkişafı dünyada onun nüfuzunu artırır. Azərbaycan Avropa dövlətləri üçün maraqlı tərəfdaşa çevrilir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında