Ermənistan mətbuatı bir sıra ölkələrin Azərbaycanda keçiriləcək "Eurovision-2012"-də iştirakdan imtina etməsi barədə yalan məlumatlar yayır

Bakıdakı müsabiqədə iştirakdan imtina etdiyi iddia olunan İslandiya, Norveç, Almaniya və Danimarka milli seçimləri başa çatdırmaq üzrədir, Belçika isə artıq təmsilçisini müəyyənləşdirmişdir
B akıda keçiriləcək 57-ci "Eurovision" müsabiqəsində iştirak edəcək ölkələrin tam siyahısı yanvarın sonunda məlum olacaq.
İslandiya Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision-2012" mahnı müsabiqəsi üçün təmsilçisinin seçimini həyata keçirir. APA-nın xəbərinə görə, hazırda bu ölkədə milli seçimlər davam edir.
Ölkənin namizədinin müəyyənləşdirilməsi üzrə milli seçimin ilk yarımfinalının iştirakçılarının sıra sayı da artıq bəlli olub. "Söngvakeppni Sjonvarpsins" müsabiqəsi üç yarımfinaldan ibarətdir. Yarımfinallar yanvarın 14, 21 və 28-də keçiriləcək. İslandiyanın milli finalı isə fevralın 11-də baş tutacaq. Yarımfinallarda 15 namizəd iştirak edəcək və ilk iki yeri tutan ifaçılar finala keçəcəklər. Səslər isə münsiflər heyəti və tamaşaçıların rəyi əsasında müəyyən olunacaq.
Almaniya da "Eurovision-2012" mahnı müsabiqəsində təmsilçi seçiminə uzun müddətdir start verib. Hətta bu məqsədlə ötən ilin sentyabrında Köln şəhərində "The Unser Star für Baku" adı altında seçim turunun ilk mərhələsi keçirilib. Almaniyanın milli seçim prosesi "Brainpool" şirkətinin təşkilatçılığı ilə keçirilir. Münsiflər heyətinə Almaniyanın ən məşhur estrada artistlərindən olan Dürr Tomas rəhbərlik edir.
İsveçin Bakı səhnəsində təmsilçisi ənənəyə uyğun olaraq "Melodifestival" vasitəsi ilə seçilir. Ötən ildən müsabiqə üçün iştirakçı seçiminə başlayan İsveç artıq 16 namizədini müəyyənləşdirib. Növbəti ayda İsveç təmsilçisinin adı bəlli olacaq. Bu il İsveçdən müsabiqədə iştirak üçün 3485 mahnı təklif olunub. Daha sonra seçiləcək 570 mahnı ölkənin milli televiziyasının rəsmi saytında keçiriləcək səsvermədə iştirak hüququ qazanacaq. "Melodifestival" müsabiqəsinin finalında 32 mahnı birincilik uğrunda mübarizə aparacaq. Final mərasimi peşəkar münsiflər heyəti və tamaşaçıların birgə səsverməsi ilə həyata keçiriləcək.
Danimarkada isə ölkəni "Eurovision-2012" mahnı müsabiqəsində təmsil etmək uğrunda mübarizə aparacaq finalçılar artıq müəyyənləşib. Finala 7 namizəd keçib. Danimarkanın milli seçimlərində münsiflər kürsüsündə azərbaycanlı da olub. Danimarkanın "Eurovision" müsabiqəsində təmsilçisini müəyyənləşdirmək üçün ənənəvi olaraq Dansk Melodi Grand Prix festival keçirilir. Bu il ölkənin milli finalı Olborq şəhərində keçiriləcək. Ölkənin təmsilçisinin adı isə yanvarın 21-də bəlli olacaq.
Belçika isə artıq təmsilçisini seçib. Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsində Belçikanın milli yayımçısı olan EEN telekanalı təmsilçinin adını açıqlayıb. Belçikanı 57-ci "Eurovision" mahnı müsabiqəsində 16 yaşlı Laura van den Bruel (İris) təmsil edəcək.
Onu da vurğulayaq ki, Ermənistan mətbuatında "Eurovision -2012" də sözügedən ölkələrin təmsil olunmayacağı barədə yanlış informasiyalar yer alıb. Ölkələrdə aparılan təmsilçi seçimləri və hazırlıqlar isə yazılanların tam əksini göstərir.
Qeyd edək ki, ənənəyə uyğun olaraq bu il də Azərbaycanda keçiriləcək müsabiqədə neçə ölkənin təmsil olunacağı ilə bağlı siyahı Avropa Yayımları Birliyi tərəfindən təsdiqlənəcək və daha sonra ictimaiyyətə məlumat veriləcək. Bu siyahı isə hər il olduğu kimi yanvarın sonunda açıqlanacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında