"Eurovision-2012" müsabiqəsinin keçirilə biləcəyi kompleksin damının quraşdırılması başa çatmışdır

Trend informasiya agentliyinin yaydığı xəbərə görə Bakıda "Baku Crystal Hall" çoxfunksiyalı arenanın damının quraşdırılması başa çatmışdır. Bu yer paytaxtda "Eurovision-2012" müsabiqəsinin keçirilə biləcəyi yerlərdən biridir. Damın sağ tərəfi ötən ilin sonlarında, sol tərəfi isə bazar ertəsi quraşdırılmışdır.
Damın hər bir yarısı təxminən 1200 tondur. Kompleksin tikintisi prosesində iştirak edənlərin sayı 500 nəfərə yaxındır. Ümumilikdə, "Baku Crystal Hall"un tikintisi üzrə bütün işlər qrafikə uyğun aparılır. Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsinin Bakıda Dövlət Bayrağı Meydanında yeni idman-konsert kompleksinin tikintisi üzrə elan etdiyi tenderin qalibi Almaniyanın məhşur "ALPINE Bau Deutchland AG" şirkətidir.
"ALPINE Bau Deutchland AG" şirkətinin layihə üzrə tərəfdaşı "gmp International GmbH", İsveçrənin "Nüssli AG" və "Basler & Hofmann AG", Avstriyanın "GmbH & Co. KG" və "SSF Ingenieure AG" şirkətləridir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında