Avropa Məhkəməsi: Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir

Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarına münasibət bildirmişdir.
Onun sözlərinə görə, yanvarın 9-da Avropa Məhkəməsinin Böyük Palatası iki qərar qəbul etmişdir. Həmin qərarlarla Laçın rayonundan məcburi köçkün düşmüş 6\ nəfər azərbaycanlı vətəndaşın Ermənistana qarşı şikayəti və Ermənistan vətəndaşının Azərbaycana qarşı 1 şikayəti məqbul hesab olunmuşdur.
Azərbaycan vətəndaşlarının şikayəti 2005-ci ildə daxil olub, 2010-cu ilin sentyabr ayında Avropa Məhkəməsində açıq məhkəmə iclası keçirilib və 16 aydan sonra bu qərarlar qəbul edilib.
Ç.Əsgərov demişdir: "Qərarlarda göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın böyük bir hissəsini işğal edib, bunun nəticəsində 1 milyona yaxın Azərbaycan vətəndaşı məcburi köçkün vəziyyətinə düşüb. Həmçinin göstərilir ki, Ermənistan keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ərazisi 4 min kvadratkilometr olduğu halda bundan 2 dəfə artıq əraziləri zəbt edib ki, bu da Azərbaycanın 7 rayonudur" .
Ermənistan vətəndaşının Azərbaycana qarşı şikayətində iddia edilirdi ki, Azərbaycan onun mülkiyyət hüquqlarını pozur. Lakin Azərbaycan bəyan etmişdir ki, həmin şəxsin yaşadığı Gülüstan kəndi hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində yerləşir və orada hər hansı bir şəxsin yaşamağını təmin edə bilməz. Ç.Əsgərov bildirmişdir ki, "Biz sübutları təqdim etmişik və Avropa Məhkəməsi qərara almalıdır ki, Ermənistan Respublikası Laçın rayonundan olan şəxslərin hüquqlarının pozulmasına cavabdehlik daşıyır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında