Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı qırğız dilində çap edilmişdir

Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə paytaxtdakı "Biytiktik" nəşriyyatında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı qırğız dilində çap edilmişdir.
Kitabı qırğız dilinə tanınmış yazıçı Mukan Asanaliyev tərcümə etmişdir.
Nəşrdə Ermənistanda Serj Sarkisyanın prezident seçkilərini saxtalaşdıraraq hakimiyyətə gəlməsi haqqında söhbət açılır, onun Azərbaycan torpaqlarını öz adlarına çıxması ilə əlaqədar sərsəm bəyanatlarına tutarlı cavab verilir. Əsərdə deyilir ki, XIX əsrdə, hətta XX əsrin əvvəllərində İrəvan şəhərində, həmçinin Dağlıq Qarabağ, Zəngəzur və digər bölgələrdə ermənilər azlıq təşkil etmiş, əhalinin əksəriyyəti azərbaycanlılar olmuşdur.
Fondun sədri Nüsrət Məmmədov bildirmişdir ki, bu kitabın çapından məqsəd Azərbaycan həqiqətlərinin qırğız xalqına çatdırılmasıdır və kitabın Qırğızıstanda pulsuz yayılması nəzərdə tutulmuşdur.
Xatırladırıq ki, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı ötən ilin dekabr ayında rus dilində çap edilmişdir. Kitabın rusdilli variantı Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistanda pulsuz yayılır.

{nl}

Qulu KƏNGƏRLİ, AzərTAc-ın xüsusi müxbiri
Bişkek


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında