"Ağ şəhər" ağ günlərin müjdəçisidir

Paytaxtımız günü-gündən gözəlləşir. Yeni salınan parklar və xiyabanlar, hər tərəfdən ucalan göydələnlər, beşulduzlu mehmanxanalar, yenidən qurulan Dənizkənarı Bulvar, yeni yollar, körpülər, yeraltı keçidlər şəhərimizə yeni görkəm verir. Hələ bunlar başlanğıcdır. Azərbaycan paytaxtında nəhəng miqyaslı dəyişikliklər gözlənilir. Paytaxtın mərkəzində "Qara şəhər" adlanan ərazidə yeni "Ağ şəhər" salınmasına start verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Ağ şəhər"in təməl daşının qoyulması mərasimində iştirak etmişlər. Cənab İlham Əliyev mərasimdəki çıxışında demişdir: "Bu şəhərdə çox gözəl layihə başlayır. Şəhər içində şəhər yaradacağıq. "Ağ şəhər" layihəsi artıq bundan sonra icra edilməyə başlayır. Bu, ölkəmiz, şəhərimiz üçün çox əlamətdar hadisədir. Bu şəhərin adı da gözəldir, memarlığı, quruluşu da".
Bəli, bu, 100 ildən artıq müddətdə Bakının neft emalı sənayesinin ənənəvi mərkəzi sayılan "Qara şəhər"in yenidən qurularaq "Ağ şəhər"ə çevrilməsidir.
Yeni layihə haqqındakı məlumatda deyilir ki, "Ağ şəhər"də müasir şəhər həyatı üçün nəzərdə tutulan bütün obyektlər və infrastruktur, eləcə də şəhər əhalisinin yaşayıb-işləməsi üçün bütün rahatlıqlar nəzərdə tutulub.
Layihəyə görə, burada çoxlu sayda yaşayış və kommersiya obyekti tikiləcək. Layihə başa çatdıqdan sonra burada xeyli insanın işlə təmin olunması üçün şərait yaradılacaq. Paytaxtın ən iri ticarət mərkəzi - Bakı City Mall burada yerləşəcək. Burada ən iri park salınacaq. Seyretmə çarxı şəhərə xüsusi gözəllik verəcək. Bu şəhərin nəqliyyat sistemi də ən müasir tələblərə və dünya təcrübəsinə əsaslanaraq qurulacaq. Burada avtobus, tramvay, metro, taksi və su nəqliyyatından istifadə olunacaq. O cümlədən velosiped sürənlər üçün də şərait yaradılacaqdır. Bu şəhərdə metro stansiyasının tikintisi də nəzərdə tutulur. Şəhərin Fəvvarələr meydanında yerləşəcək metro stansiyası mövcud Azadlıq-Xətai xəttinin davamı olacaq. Burada dünyada əhalinin adambaşına düşən ən iri avtodayanacağı inşa ediləcək. Orada 40000 avtomobil saxlamaq imkanı olacaqdır. Şəhərin Babək prospekti ticarət məkanı kimi fəaliyyət göstərəcək və bu məkanda avtomobil satışı salonları da yer alacaq. Dəniz kənarına yaxın ərazidə tikiləcək ticarət və əyləncə kompleksinin 7000 avtomobil saxlamağa imkan verən dayanacağı da inşa ediləcək.
"Ağ şəhər" layihəsi cənab Prezidentin xüsusi fərmanı ilə də təsdiq olunmuşdur. Layihənin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, xarici şirkətlərin əməkdaşları da iştirak etmişlər.
Bu şəhərin salınması paytaxtımızın ekoloci mühitinin yaxşılaşmasına da əsaslı təsir göstərəcək. Mütəxəssislərin fikrinə görə, uzun illər bu ərazinin torpaqları neftlə çirklənmiş, ekoloci mühit dözülməz həddə çatmışdır. Artıq ərazinin neft tullantılarından təmizlənməsinə başlanılmışdır.
Cənab Prezident təməlqoyma mərasimində demişdir: "Bu şəhər tikiləcək. Bu şəhər yaşayacaq. Şəhər içində "Ağ şəhər"də on minlərlə insan yaşayacaq. Gözəl ofislər, yaşayış binaları tikiləcək, ictimai yerlər, dənizkənarı yeni bulvar salınacaq... Burada bütün işlər yüksək səviyyədə olmalıdır ki, şəhərimiz daha da gözəlləşsin".

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında