Avropa Yayım Birliyi BBC telekanalına xəbərdarlıq məktubu göndərəcək

Mayda Azərbaycanın paytaxtı Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Qərb mətbuatında aparılan qarayaxma kampaniyasını Avropa Yayım Birliyi etirazla qarşılamışdır
APA-nın "Toplumsalhafiza.com" saytına istinadən yaydığı məlumata görə, Avropa Yayım Birliyinin (EBU) bəzi üzvləri ötən ayın sonlarında Cenevrədə toplantı keçiriblər.
Toplantıda "Eurovision-2012" müsabiqəsinə hazırlıq işləri ilə yanaşı mediada müsabiqə ilə əlaqədar yer alan xəbərlər də müzakirə olunub. İştirakçılar müsabiqənin keçiriləcəyi binanın inşaatı, viza, təhlükəsizlik, koordinasiya kimi məsələlərlə bağlı problem olmadığını vurğulayıblar. Toplantıda iştirak edən EBU üzvləri son vaxtlar bəzi media orqanlarında müsabiqənin siyasiləşdirilməsindən narahatlıq keçirdiklərini dilə gətiriblər:
"BBC Azərbaycan hökumətinə və Bakıda keçiriləcək "Eurovision" müsabiqəsinə qarşı geniş kampaniya aparır. BBC-nin bu hərəkəti "Eurovision" qurumuna böyük ziyan vurmaqdadır". İştirakçılar Daimen McGuinnessin məqaləsinin əvvəlcə dekabrın 17-də, sonra isə dekabrın 22-də BBC-nin əsas xəbər bülletenində yayımlanmasını, sonra oxşar mətnlərin "The Times", "The Telegraph", "The Week" kimi mətbuat orqanlarında yer almasını misal çəkiblər.
İştirakçılar Bakıda aparılan inşaat işlərinin "Eurovision"la əlaqələndirilməsi və müsabiqədən təzyiq vasitəsi kimi istifadə edilməsi barədə iddiaların əsassız olduğunu bildiriblər. Toplantının sonunda Avropa Yayım Birliyi adından BBC-yə xəbərdarlıq edilməsi qərara alınmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında