İlkka KANERVA: Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdarıq

Bu sözləri Bakıda səfərdə olan Finlandiyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri İlkka Kanerva demişdir.
İ.Kanerva bildirmişdir ki, Bakıya səfərinin məqsədi azərbaycanlı həmkarları ilə görüşmək və Azərbaycan ilə daha yaxından tanış olmaqdır. Çünki Azərbaycan Avropa üçün həm enerji sahəsində əməkdaşlıq baxımından, həm də coğrafi mövqeyinə görə çox vacb tərəfdaş ölkədir.
Qonaq demişdir: Biz Azərbaycan ilə bütün istiqamətlərdə əməkdaşlığı daha da genişləndirmək istəyirik. Hazırda iqtisadi və siyasi sahələrdə çox yaxşı əlaqələrimiz var. Lakin biz bununla kifayətlənə bilmərik və digər sahələrdə də əməkdaşlığımızı genişləndirmək və inkişaf etdirmək istəyirik.
Azərbaycanın və Finlandiyanın ATƏT PA-dakı nümayəndə heyətlərinin üzvləri arasında da yaxşı münasibətlər mövcuddur və biz, bir çox siyasi məsələlərə münasibətdə vahid mövqedən çıxış edirik.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan İ.Kanerva demişdir: "Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq. ATƏT-in Bakıda fəaliyyət göstərən ofisi ilə əlaqə saxlayaraq münaqişənin həll olunması istiqamətində aparılan danışıqlar haqqında məlumat alırıq. Bu regionda münaqişələrin uzun müddət davam etməsini istəmirik. Ona görə də münaqişənin ədalətli həlli üçün əlimizdən gələni edəcəyik".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında