Sonuncu yazının hekayəti...

Yurdsevər ziyalı, tanınmış qələm sahibi, yazıçı-publisist Arif Hüseynovun son yazıları redaksiyamızın qovluğunda, kübar obrazı qəlbimizdə, ciddi və maraqlı söhbətləri qulaqlarımızdadır. Redaksiyamıza axırıncı gəlişindən bir neçə gün sonra qəfil onu haqlamış qəzavü-qədərin məngənəsindən qurtula bilməmişdi. İnanın, qızdırma içində son dəfə gözünü açanda demişdi: "Mənim "Xalq qəzeti"ndə yazım çıxmalıydı..."
Jurnalist qızı Şəlalə həmin vaxt zəng vurub Arif müəllimin məqaləsinin taleyini soruşanda bildirmişdik ki, yazı qəzetin növbəti nömrəsinə verilir. Cəmi 20 dəqiqə sonra Şəlalə xanım atasının ölüm xəbərini çatdırdı... Arif Hüseynovun məqaləsini çıxarıb, qəzetdə onun vəfatı münasibətilə ailəsinə başsağlığı mətnini yerləşdirdik.
İstedadlı, zəkalı qələm dostumuzun 77 yaşında Haqq dünyasına qovuşması onu tanıyanları qəlbən ağrıtdı. Arif müəllim neft mühəndisi ixtisası alıb mədənlərədə çalışsa da, Azərbaycan və rus dillərini yaxşı bilməsi, geniş dünyagörüşü, zəngin biliyi onu neft ədəbiyyatı nəşri sahəsinə gətirmişdi.
Anadilli ensiklopediya redaksiyası yaradılanda Arif müəllimi də bu ağır işin öhdəsindən gələ bilən nadir ziyalılar içərisindən seçmişdilər. O, ensiklopediya baş redaksiyasında adi redaktorluqdan məsul katib vəzifəsinədək yüksəlmişdi. 10 cildlik ilk Azərbaycan Ensiklopediyasının hazırlanıb nəşr edilməsinin ağır yükünü çəkənlərdən olmuşdu. Müstəqillik illərində Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinə rəhbərlik etmişdi.
Arif müəllim uzun illərdən bəri redaksiyamızla fəal əməkdaşlıq edirdi. Bu, onun üçün huşyar, milli-mənəvi dəyərlərə sıx bağlı olan oxucularla ünsiyyət saxlamaq, ciddi mövzularda diskussiyalar doğurmaq ehtiyacından irəli gəlirdi.
Bir də milli musiqimizin vurğunu, musiqili səhnənin təəssübkeşi idi. Məşhur opera ifaçısı olmuş Şirzad Hüseynovla 4 yaşında teatra gedən Arif bu sənəti anlamağa başladığı vaxtdan Opera və Balet Teatrının daimi tamaşaçısı olmuşdu. Onun milli və klassik opera tamaşaları barədə yazıları bu teatrın uğurlarına, gənc ifaçıların püxtələşməsinə və tanınmasına mənəvi dəstək verirdi. Elə buna görə də ünlü sənətçilər belə həmişə onu "Maestro" - "ustad", - deyə çağırırdılar. Biz də ona belə müraciət edirdik.
Arif müəllimin son yazısını sizə təqdim edirik.

{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında