Türkiyə parlamenti: Bir sıra Avropa ölkələri PKK-nı dəstəkləyirlər

Terrorçu Kürd Fəhlə Partiyası (PKK) bir sıra Avropa ölkələri tərəfindən dəstəklənir. "Trend"in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Türkiyə parlamentinin spikeri Cəmil Çiçək açıqlama vermişdir.
Spiker hesab edir ki, beynəlxalq əməkdaşlıq terrorizmlə mübarizədə kifayət qədər güclü deyil və lazımi nəticə vermir.
Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır ki, davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınmışdır.
Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşdırmaqla hədələyib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında