Roma papası Vatikan-Azərbaycan münasibətlərinin yaxşı nümunə olduğunu bildirmişdir

Roma papası XVI Benedikt Vatikanın Azərbaycanla münasibətinin digər ölkələr üçün yaxşı nümunə hesab edir.
"Vatikan müxtəlif dövlətlərlə münasibətləri inkişaf etdirməyə çalışır və müsbət nümunə qismində Müqəddəs Taxt-Tacın Azərbaycanla münasibəti göstərilə bilər", - Azərbaycanın Vatikandakı səfiri Elçin Əmirbəyovun bazar ertəsi "Trend"ə verdiyi məlumata görə, bu barədə XVI Benedikt Vatikanda akkreditasya olunan diplomatik nümayəndəliklər qarşısında illik çıxışında deyib.
Onun sözlərinə görə, XVI Benedikt ötən il Azərbaycanla imzalanan ölkədə katolik kilsəsinin statusu haqqında ikitərəfli sazişi nümunə göstərib.
Ardından Roma papası ilə təkbətək görüş zamanı o, bir daha qeyd edib ki, Vatikan ikitərəfli münasibətlərə böyük önəm verir və Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Yeni il təbriklərini göndərib.
Səfir təşəkkürünü bildirib və ölkənin rəhbərliyi adından təkrar olaraq, Roma papasını Azərbaycana səfər etməyə dəvət edib. Dəvət böyük məmnunluqla qəbul edilib.
Ötən ilin iyulunda Vatikanda Apostol sarayında dövlətlərlə münasibət üzrə katib Dominik Mamberti və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Müqəddəs Taxt-Tac və Azərbaycan arasında sazişin ratifikasiyası haqqında etimadnamələrin mübadiləsini aparıblar.
Müqəddəs Taxt-Tac və Azərbaycan arasında saziş 2011-ci il aprelin 29-da Bakıda imzalanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında