Azərbaycan BMT-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemindən danışmaq üçün platforma qazanacaqdır

Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzvlükdən ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi haqqında danışmaq üçün platforma qazanacaqdır.
Bunu deyən İsveçin sabiq xarici işlər naziri Jan Eliassonun sözlərinə görə, Azərbaycanın indi beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə çəkmək imkanı daha da çox olacaqdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasında bu məsələni müzakirəyə çıxara bilər.
J.Eliasson vurğulamışdır ki, rəsmi Bakının cəhdləri sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi daha da diqqətdə olacaqdır.
İsveçin BMT-dəki səfiri kimi çalışan diplomat qeyd etmişdir ki, ümumiyyətlə şuraya üzvlük Azərbaycanın dünyada təsir imkanlarını da artırır. BMT Təhlükəsizlik Şurasına seçilmək nüfuzlu bir işdir, qeyri-daimi yerlər uğrunda rəqabət çox güclüdür, ölkələr illər boyunca bu yeri qazanmaq üçün kampaniya aparırlar. BMT Təhlükəsizlik Şurasına üzv olmayan Ermənistan isə Azərbaycanın yanında olmaqdan çəkinir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında