ATƏT-in yeni sədri münaqişələrin həllinə prioritet diqqət ayıracaq

ATƏT-in yeni sədri, İrlandiya Baş nazirinin müavini İmon Gilmor yanvarın 12-də Vyanada ATƏT Daimi Şurasının iclasında İrlandiyanın təşkilata sədrliyinin prioritetlərini açıqlayacaq.
Həmin prioritetlərə münaqişələrin nizamlanmasında və rəqəmsal texnologiyalar dövründə KİV və söz azadlığı, eləcə də ATƏT-in 56 iştirakçı ölkəsi arasında əməkdaşlığın möhkəmləndirilməsi daxildir. "Trend"in məlumatına görə, bu barədə təşkilatın saytında bildirilir.
Yanvarın 1-dən ATƏT-in illik sədrliyi Litvadan sonra İrlandiyaya keçib. Ukrayna sədrliyi 2013-cü ildə qəbul edəcək.
Daimi Şura ATƏT-in əsas müntəzəm direktiv orqanlarından biridir. Şura hər həftə Vyanada ATƏT regionundakı hadisələrin müzakirəsi və qərarların qəbul edilməsi üçün çağırılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında