Türkiyədə prokurorluq müxalifət lideri haqqında təhqiqata başlayıb və onun toxunulmazlığının ləğvini istəyib

Türkiyədə prokurorluq ana müxalifət lideri - Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu haqqında təhqiqata başlayıb.
APA-nın "TRT Haber" kanalına istinadən verdiyi məlumata görə, İstanbulun Silivri rayon prokurorluğu "ədalət mühakiməsini təsir altına almaq" və "məhkəmə üzvlərinə həqarət" ittihamı ilə K. Kılıçdaroğlu haqqında təhqiqata başlamaq haqqında qərar qəbul etmişdir. K. Kılıçdaroğlunun toxunulmazlığının ləğvi üçün Ədliyyə Nazirliyinə müraciət olunmuşdur. Nazirlik öz növbəsində bu müraciəti parlamentə göndərəcək.
Qeyd edək ki, K. Kıllıçdaroğlu bir neçə gün əvvəl Silivri həbsxanasının qarşısında jurnalistlərə verdiyi açıqlamada siyasi ittihamlarla həbs olunanların saxlanıldığı bu həbsxananı konslagerə bənzətmişdir. O, "Ergenekon" işi üzrə məhkəmə prosesini idarə edən hakimləri "hakim" adlandırmağı özünə sığışdırmadığını söyləmişdir.
Toxunulmazlığı ləğv olunarsa müxalifət lideri haqqında ittihamnamə hazırlana və o, mühakimə oluna bilər.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında