Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının yeganə şahidi olan Quba məzarlığında "Soyqırımı memorial kompleksi"nin inşasının birinci mərhələsi başa çatıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qubada inşa olunan "Soyqırımı memorial kompleksi"ndə tikinti işlərinin 2012-ci ilin yay aylarında yekunlaşması planlaşdırılır.
Bu barədə APA-nın şimal bürosuna "Soyqırımı memorial kompleksi"ndə inşaat işlərini həyata keçirən "AİKON" CPİT MMC-nin iş icraçısı Adil Axundov məlumat verib. Onun sözlərinə görə, tikinti işlərinə 2010-cu ilin noyabr-dekabr aylarında başlanıb: "İnşa olunan "Soyqırımı memorial kompleksi"ndə ağır beton işi və metal konstruksiyaların quraşdırılması başa çatıb. İkinci mərhələdə asılan beton panellərin quraşdırılması və dekorativ işlərin həyata keçirilməsi nəzərdə tutulur".
A. Axundov bildirib ki, havaların soyuq keçməsinə baxmayaraq, tikinti işləri davam etdirilir.
Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində məzarlıqda təxminən 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Qalıqları tapılanların 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanı isə yaşlı kişidir. Ermənilərin azərbaycanlılarla yanaşı, amansızcasına qətlə yetirdikləri ləzgilər, yəhudilər, tatlar və digər etnik qrupların nümayəndələri də məzarlıqda kütləvi şəkildə basdırılıblar.
Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ildə Prezidentin Ehtiyat Fondundan Qubada "Soyqırımın memorial kompleksi"nin yaradılması məqsədilə 1 milyon manat vəsait ayırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında