Hacıqabul rayonunun Birinci Meyniman kəndi istiqamətində Kürdə bəndin bir hissəsi dağılmışdır

Mayın 23-də Hacıqabul rayonunun Birinci Meyniman kəndi yaxınlığında Kür çayında bəndin təqribən 30-40 metrlik hissəsinin dağılması nəticəsində daşqın suları kənd ərazisinə axmışdır. Dərhal hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvə və texnikası dağılmış bəndin bərpası və bərkidilməsi işlərinə başlamışdır.
Su basmış ərazidə köməksiz qalmış 4 kənd sakini çevik müdaxilə nəticəsində FHN-nin iki vertolyotu vasitəsilə xilas edilmişdir.
Eyni zamanda, FHN-nin Mülki Müdafiə Qoşunlarının və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının köməyi ilə kənd əhalisinin bir hissəsi - qadınlar, uşaqlar, qocalar köçürülmüşdür.
Fövqəladə Hallar Nazirliyindən bildirmişlər ki, təqribən 70 ev qismən daşqın sularının əhatəsində qalmışdır. Hazırda bəndində bərpa və bərkitmə işləri davam etdirilir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında