YAP üzvləri Balakən rayonunun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər

Yanvarın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatının IX konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin Balakən şəhərinin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
YAP rayon təşkilatı idarə heyətinin üzvü Azad Balayevin hesabat məruzəsində təşkilatın əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti ətraflı təhlil edilmiş, qarşıda duran vəzifələrdən söhbət açılmışdır.
Bildirilmişdir ki, yenicə yola saldığımız ildə xalqımız Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyini əsl ümumxalq bayramı kimi qeyd etmişdir. İyirmi illik müstəqillik tariximizdə ölkəmizin siyasi həyatının da kifayət qədər zəngin olduğunu vurğulayan natiq yaradıcısı ümummilli liderimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının bu illər ərzində siyasi həyatımızda mühüm yer tutduğunu, zamanın çətin sınaqlarından şərəflə çıxdığını, böyük siyasi qüvvəyə çevrildiyini diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, müstəqil Azərbaycan dövlətinin son 20 illik inkişaf tarixində Yeni Azərbaycan Partiyasının rolu danılmazdır. Bu gün öz sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 mindən artıq üzvü birləşdirən YAP ulu öndərin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir.
Diqqətə çatdırılmışdır ki, hazırda YAP Balakən rayon təşkilatı 66 ərazi ilk partiya təşkilatını özündə birləşdirir. Partiya üzvlərinin sayı isə 3690 nəfərdir. Üzvlərin 61,8 faizini, yəni 2280 nəfərini qadınlar, 31 faizini və ya 1112 nəfərini gənclər təşkil edir. YAP üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər.
Sonra təşkilatın nəzarət-təftiş qrupunun hesabatı dinlənilmiş, məruzə ətrafında çıxışlar olmuşdur.
Konfransda təşkilati məsələyə baxılmışdır. Azad Balayev YAP Balakən rayon təşkilatının sədri seçilmişdir. Həmçinin təşkilatın şurasının, idarə heyətinin və nəzarət-təftiş qrupunun üzvləri seçilmişlər.
Tədbirdə Milli Məclisin deputatları Rəbiyyət Aslanova, Aydın Mirzəzadə, rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirmiş, rayon təşkilatının üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
YAP üzvlüyünə yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edilmişdir.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul edilmişdir.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında