Yanlış addım, saxta qərar

{nl}

Dünyada həmişə düzlükdən, demokratiyadan, insan hüquqlarından danışan Fransa parlamenti çox ciddi bir saxtakarlığa yol vermiş, sənəd-sübutu, faktı olmayan qondarma erməni soyqırımını tanımayan vətəndaşlara cinayət işi qaldırmağı qanuniləşdirmişdir. Dövlət başçısı N.Sarkozi Fransa parlamenti üzvlərinin bir çoxunu saxta qanun qəbul etməyə təhrik etmişdir. Görünür, saxtakarlıq onun canında və qanında var. Bunu Sarkozinin bir müddət bundan əvvəl İrəvana və Bakıya səfərlərindən də görmək olardı.
O, Ermənistana gedəndə orada "erməni soyqırımı" abidəsini ziyarət etdi. Lakin Bakıya gələndə bizim ziyarət yerlərimizə, o cümlədən Şəhidlər Xiyabanına getmədi. Məncə, haqqı, ədaləti tapdayan Sarkozidən bundan artıq heç nə gözləmək olmaz. Odur ki, bütün türk və müsəlman ölkə və dövlətləri, həmçinin dünyada insan hüquqlarına hörmət edən, haqqı nahaqqa verməyən, ədaləti sevən qurumlar, təşkilatlar Fransa parlamentinin bu sərsəm qərarına öz kəskin etirazlarını bildirməlidir. Fransa hökumətinə isbat etməlidirlər ki, Xocalı soyqırımını törədən ermənilər, Əlcəzairdə isə 2 milyona qədər müsəlmanı qətlə yetirən fransızlardır.
Ermənilərin qondarma "soyqırımı" ilə bağlı bir faktı oxucuların nəzərinə çatdırmaq istərdim. Mən 1956-1957-ci illərdə Dərələyəzin Qovuşuq kəndində anadan olduğum, dağılıb-sökülmüş evi yenidən tikdirmək istəyirdim. İki ustam var idi. Biri yaxın qohumum Hümmət kişi, o biri isə rayonun mərkəzində yaşayan və milliyyətcə erməni olan Hayqo idi. Hayqo Azərbaycan dilini yaxşı bilirdi. Günlərinin çoxu Azərbaycan kəndlərində keçirdi. Günlərin birində Hayqo dedi ki, məni evimizə çağırırlar, mütləq evə getməliyəm. O, evlərinə gedəndən 3-4 gün keçmişdi, amma gəlib çıxmırdı. Mən onun dalınca rayona getdim. Evdə mənə dedilər ki, İrəvandan gələnlər var, onu aparıblar kino çəkməyə, heç üç gündür evə də gəlmir. Sonra öyrəndim ki, çəkiliş bizim rayonda olan, XIII əsrdə tikilmiş Dədəli körpüsünün yanındadır. Mən üz tutub ora getdim və Hayqo kişini tapdım. O dedi ki, bu kinoçəkənlər məni buraxmırlar. Mən ona dedim ki, xəstə adı ilə aradan çıx. Onu bu adla birbaşa evə gətirdim. O, mənə bunları danışdı: "Məni 2 dəfə o Dədəli körpüsündən başı aşağı asdılar ki, guya türklər mənə belə zülm ediblər. Mən də deməliydim ki, görün bu türklər necə də qəddar adamlardır. Mən əvvəlcə bu sözü demədim, çünki mənim azərbaycanlılardan tanışım çoxdur, onların hesabına yaşayıram. Sonra onlar məni bunu deməyə məcbur etdilər. Əgər deməsəydim, onlar məni körpüdən çaya salmalı idilər. Mən at üstündə gələn bir dəstə erməniyə bu sözləri dedim. Hətta onlardan bir nəfər o birisinə deyirdi ki, bu Azərbaycanpərəstdir. Salın çaya, qoy çay aparsın". İndi siz baxın, görün daşnaklar "erməni soyqırımı" haqqında film çəkmək üçün nə kimi saxtakarlığa əl atırdılar.
Mən birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olan müddətdə - 2000-2001-ci illərdə uydurma erməni soyqırımı barədə Fransa dövlətinin mövqeyi haqqında çıxışlar etmişəm. İndi həmin çıxışların stenoqramını olduğu kimi oxuculara təqdim edirəm.
Uydurma "erməni soyqırımı"nın müzakirəsi: "H.Mirzəyev: Hörmətli sədr, hörmətli millət vəkilləri! Mən çox təəssüf hissi ilə demək istəyirəm ki, Milli Məclisdə ciddi bir məsələ müzakirə olunduğu halda, Fransanın Azərbaycandakı səfiri burada yoxdur. Səbəbini bilmirəm, bəlkə də üzürlü səbəbdən gəlməyib. Əlbəttə, onun və habelə digər səfirliklərin nümayəndələrinin burada olması vacib idi.
Mən də bir neçə faktı nəzərinizə çatdırmaq istəyirəm. Fransa səfirliyinin nümayəndəsinə üz tutub deyirəm ki, ermənilər tərəfindən soyqırımına məruz qalanların qohumlarından biri də mənəm. Mən Qərbi Azərbaycandanam və orada baş verən hadisələrin çoxunun şahidiyəm. Onların nəzərinə çatdırmaq istəyirəm ki, türklər ermənilərə qarşı soyqırımı törətməyiblər, əksinə, ermənilər türklərə qarşı soyqırımı törədiblər.
1956-1957-ci illərdə mən Ermənistanda məktəbdə işləyirdim, vəzifə sahibi idim. Dərələyəzdə türklərin soyqırımına aid film çəkirdilər. Həmin filmin bir neçə epizodunu çəkmişdilər. Arpa çayının üstündə Dədəli körpüsü adlanan yerə Azərbaycan dilini yaxşı bilən Hayqo adlı ermənini gətirmişdilər. O adamı çaya atmaqla qorxudurdular ki, türklərin ona zülm etdiklərini desin. Mən bunun canlı şahidiyəm.
1905-1907-ci illərdə Dərələyəzdə bir kənddə - Hors kəndində 600 nəfəri yandırmışdılar. 1918-ci ildə bir kənddə - Amağu kəndində 300 nəfərdən artıq kişini qayadan atmışdılar. 400-dən artıq kişini, qadını, qocanı, uşağı dama, məscidə yığıb yandırmışdılar. İndi bu saat da onların - yandırılanların sümükləri oradadır. Fransızlar öz nümayəndələrini göndərsələr, oranı qazdırıb onların sümüklərini görə bilərlər. 1919-cu ildə ermənilər Kəlbəcərdəki Qanlı Dərədə yüzlərlə azərbaycanlını soyqırımına məruz qoydular. Göyçədə, Zəngəzurda nə qədər adamı doğrayıb quyuya tökdülər. 1918-ci ildə Şamaxıda, Bakıda, Qubada saya-hesaba gəlməyən qədər azərbaycanlını öldürdülər. 1948-1953-cü illərdə 200 min azərbaycanlını zorla Azərbaycana köçürtdülər. Onların hamısı Muğan çölündə soyqırımına məruz qaldı. İqlimə uyğunlaşa bilməyib qırıldılar. 1988-ci ildə ermənilər 70-dən artıq körpə uşağı boruların içinə doldurub ağzını qaynaq etdilər. Budur soyqırımı. Türklər heç vaxt ermənilərə qarşı soyqırımı eləməyiblər. Ermənilər dad edirlər ki, guya soyqırımına məruz qalıblar. Fransızlar Türkiyədə soyqırımını törədən Andronikin heykəlini Fransada ucaldıblar. Türk xalqlarının qatilinə heykəl qoyublar. Türk xalqının, Azərbaycan xalqının qəhrəmanlarına isə heç vaxt belə heykəl qoymur, dünyaya nümayiş elətdirmirlər. Əgər Fransada soyqırımını yaradanların heykəli qoyulursa, Fransanın şovinistləri buna rəvac verirsə, Fransa xalqı buna dinmirsə, mən bunu mənfi hal kimi qiymətləndirirəm. Belə adamların demokrat olması şübhə doğurur. Mən istəyirəm ki, ermənilərin Azərbaycanda törətdiyi soyqırımlarla bağlı albom hazırlansın. Orada, o albomda Türkiyədə, Azərbaycanda olan faktlar sadalansın. Buradan 10 nəfər nümayəndə Fransaya getsin, albomları orada paylasınlar. Xocalı soyqırımı barədə gündəliyə məsələ salınsın. ATƏT-in Minsk qrupunun həmsədri məsələsinə burada yenidən baxılsa yaxşıdır. Diqqətinizə görə sağ olun".
Qondarma "erməni soyqırımı": H.Mirzəyev: Hörmətli sədr, hörmətli millət vəkilləri. Biz soyqırımı ilə bağlı keçən dəfə də burada müzakirə apardıq. Amma görünür, Fransa hökuməti və onun rəhbərliyi bu məsələləri nəzərə almır. Mən Azərbaycan xalqının nümayəndəsi kimi demək istəyirəm ki, Fransa elə əvvəldən də soyqırımı törədənləri müdafiə edənlərdəndir. Məsələn, Andronik Qərbi Azərbaycanda, burada, Türkiyədə nə qədər azərbaycanlı və türkü qırdı. Amma Andronikin heykəlini birinci dəfə qaldıran, onu hörmətli edən Fransa hökuməti oldu. Bu faktdır.
Əlcəzairdə 2 milyona qədər müsəlman genosidə məruz qaldı. Niyə Fransa dövlətinə deyən yoxdur ki, sən bu qədər adamı qırmısan, indi də ermənilərin yalandan uydurduğu, olmayan genosidi müdafiə edirsən? Hamıya məlumdur ki, Fransada erməni lobbisi güclüdür. Fransa hökuməti, onun rəhbərliyi də o lobbini müdafiə edir, haqqı, ədaləti müdafiə etmir. Onun nəticəsidir ki, Fransa ATƏT-in Minsk qrupuna həmsədr gələndən sonra işlər irəliləmək əvəzinə, geri getdi. Əvvəlcə Qarabağ məsələsinin mərhələ-mərhələ həlli ortada idi. Fransa ATƏT-ə nümayəndə gələndən sonra bu məsələ də kənarda qaldı. Söz verdilər ki, sizə kömək edəcəyik, lakin ermənilərə kömək etdilər. Mən elə bilirəm ki, belə bir ölkənin ATƏT-in Minsk qrupunun həmsədrliyində qalması məsələsinə yenidən baxılmalıdır.
Ürəyimdən gələn sözdür və həqiqət də belədir. Fransa soyqırımda Türkiyəni günahlandırırsa, Qarabağ məsələsinin həllini süründürmək istəyirsə, bu, məsələni ermənilərin xeyrinə həll eləmək deməkdir. Deməli, Xocalı soyqırımı məsələsində erməniləri dəstəkləyənlərdən biri də Fransa hökumətidir. Mən təklif edirəm ki, ayrı-ayrı tədris müəssisələrində fransız dilinin tədrisi məsələsi müzakirə olunsun, gündəliyə çıxarılsın, bu məsələyə yenidən baxılsın. Əgər Fransa Qarabağı çox ustalıqla Azərbaycanın əlindən almağa çalışırsa, soyqırımı adı ilə Türkiyə dövlətini inkişafdan saxlamaq, gələcəkdə ermənilər üçün ondan təzminat almaq istəyirsə, onda biz də ona qarşı lazımi tədbirlər görməliyik.
Mənə elə gəlir ki, Fransa xristianlarla müsəlmanlar arasında düşmənçilik yaratmaq istəyir. O, Avropa Şurasının üzvüdür. Demokratiyanı müdafiə etmək əvəzinə bu yola əl atır. Biz də konkret addımlar atmalıyıq, qorxmaq, çəkinmək lazım deyil. Dünya ictimaiyyətinə Fransanın türklərə qarşı pis münasibətdə olduğunu çatdırmaq lazımdır. Bütün dünya xalqları sülh, demokratiya istəyir, amma bu, müsəlman-xristian məsələsini qaldırmaq istəyir. Avropa Şurasının üzvlərinə, bütün dünya ölkələrinə çatdırmaq lazımdır ki, keçən il də bu məsələni Milli Məclisdə müzakirə elədik, lakin Fransa bundan lazımi nəticə çıxarmadı".

{nl}

Həsən MİRZƏYEV, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında