Bakının mərkəzinin ətraflı planı təsdiq üçün təqdim ediləcək

Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin mərkəzi hissəsinin ətraflı planı layihəsini təsdiq edilmək üçün hazırlamışdır. Bu barədə cümə axşamı Trend-ə komitənin sədr müavini Dövlətxan Dövlətxanov məlumat vermişdir.
Onun sözlərinə görə, layihə təsdiq edilmək üçün bu ay Bakı Şəhər İcra Hakimiyyətinə təqdim ediləcək: "Layihə üzərində iş artıq başa çatmış və bir sıra təşkilatlarla razılaşdırılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinə təqdim etmək məqsədilə sənədlər paketi hazırlanmışdır. Digər strukturlarla razılaşdırılma zamanı bir sıra mülahizələr səsləndirilib ki, onlar da son variantda nəzərə alınmışdır".
Paytaxtın ətraflı planı 2030-cu ilə qədər dövrü əhatə edir.
D.Dövlətxanovun sözlərinə görə, mövcud plan üfüqi xətt üzrə "Amay" ticarət mərkəzindən Dövlət Bayrağı Meydanına qədər, şaquli xətt üzrə isə Dənizkənarı Parkdan Bakıxanov küçəsinə qədər olan təxminən 1500 hektar ərazini əhatə edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında