Azərbaycanda səfərdə olan Belçika parlamentinin nümayəndələri qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə maraqlanacaqlar

Bakıda səfərdə olan Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri yanvarın 6-da Milli Məclisdə anoloji qrupun üzvləri ilə görüşmüşlər.
Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupun və Azərbaycanın Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Milli Məclisin tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri barədə qonaqlara ətraflı məlumat vermişdir. O demişdir ki, Avropaya inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Milli Məclisdə dünyanın yüzə yaxın ölkəsi, o cümlədən Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları vardır. Bu qruplar parlament diplomatiyasının inkişafında mühüm rol oynayırlar.
Belçika parlament nümayəndə heyətinin rəhbəri Filip Blanşağ demişdir ki, onun ölkəsi, xüsusən də parlament Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Azərbaycana səfərin əsas məqsədi parlamentlərimiz və xalqlarımız arasında münasibətlərin inkişafı, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparmaqdır.
Görüşdə, bildirilmişdir ki, Azərbaycan ilə Belçika arasında əlaqələrin hərtərəfli inkişafına dair tədbirlər planı hazırlanmışdır. Bu planda Azərbaycanın Şamaxı və Belçikanın Thuin şəhərlərinin qardaşlaşması işinin sürətləndirilməsi, dahi Azərbaycan şairi M.Ə.Sabirin Thuin şəhərində heykəlinin ucaldılması, tələbə mübadiləsi, hər iki ölkədə biznes forumların təşkili və s. məsələlər əksini tapmışdır.
Qeyd olunmuşdur ki, qarşılıqlı səfərlər və nəzərdə tutulmuş tədbirlərin keçirilməsi əlaqələrimizin hərtərəfli inkişafında mühüm rol oynayacaqdır.
Sonra görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın problemlə əlaqədar BMT TŞ, AŞPA, Avropa Parlamenti, ATƏT PA və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarları yerinə yetirməməsinin fəsadları və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Görüşlərdən sonra hər iki qrupun rəhbəri mətbuat nümayəndələri üçün brifinq keçirmişlər.
Bildirilmişdir ki, Belçika parlamentinin nümayəndələri respublikanın regionlarında olacaq, qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə maraqlanacaqlar.
Sonra onlar jurnalistlərin suallarını cavablandırmışlar.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında