Ermənilərin növbəti məkrli niyyəti baş tutmadı

Son günlər erməni mətbuatında Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin lideri Bako Saakyanın Argentinaya səfəri çərçivəsində bu ölkənin Deputatlar Palatasının üzvləri Alfredo Nestor Atanasof və Oskar Raul Aguad ilə keçirdiyi görüşlər barədə həqiqətə uyğun olmayan məlumatlar yer almaqdadır.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, əslində isə bu tədbirdə hər iki deputat Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bir daha təsdiqləmiş, erməni mətbuatında gedən məlumatların həqiqətə uyğun olmadığını qeyd etmişlər. Onlar bu məlumatların təkzib olunmasına dair Azərbaycan mətbuatında onlara istinadən vəziyyətlə bağlı əsl həqiqətləri dərc etməyi xahiş etmiş və məmnuniyyətlə Azərbaycana səfər etmək istəklərini dilə gətirmişlər.
Bako Saakyanla görüşmüş Argentina Milli Konqresinin Deputatlar Palatasının xarici işlər və etiqad komissiyasının sədri, deputat Alfredo Nestor Atanasof bildirmişdir ki, o, separatçıların liderinə Argentina hökumətinin rəsmi mövqeyini, Argentina Xarici İşlər Nazirliyinin bu haqda müvafiq məktubunu xatırlatmış, ölkəsinin "Dağlıq Qarabağ Respublikası" adlı bir qurumu tanımadığını və münaqişə ilə bağlı BMT qətnamələrinin əsas götürüldüyünü diqqətə çatdırmışdır.
"Union Civic Radical" partiyasının nümayəndəsi Oskar Aguad isə Argentina-Ermənistan dostluq qrupu çərçivəsində keçirilən görüşə dəvət edildiyini, ümumiyyətlə, kiminlə görüşdüyünə diqqət yetirmədiyini bildirmiş və istəmədən belə bir vəziyyətdə qaldığına təəssüfləndiyini qeyd etmişdir.
Görüşdə separatçı rejimin rəhbəri BMT-nin müvafiq qətnamələrinə münasibət bildirərkən, həmin qurumda qeyri-demokratik mühitin hökm sürdüyünü və məhz buna görə Azərbaycanın sözügedən qətnamələrin qəbul etdirilməsinə nail olduğunu demişdir.
Göründüyü kimi, qondarma respublikanın nümayəndəsi Ermənistandakı mövcud qeyri-demokratik rejimə göz yumaraq, BMT kimi mötəbər bir beynəlxalq təşkilatın obyektivliyini şübhə altına salmağa çalışmış, lakin bu cür bəsit üsullarla heç kəsi aldada bilməyəcəyini diqqətdən qaçırmışdır. Çünki artıq dünya ictimaiyyəti bölgə həqiqətlərindən xəbərdardır, kimin işğalçı, kimin isə işğala məruz qaldığını dəqiq bilir.
Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu ermənilərin bu cür hiylələrini vaxtında ifşa etməyə qadirdir. Baş verənlərə əsasən onu demək olar ki, ermənilərin bu məkrli niyyəti də nəticəsiz qalmış və onlar növbəti dəfə dünya ictimaiyyətinə iç üzlərini nümayiş etdirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında