Sərhədçilər üçün yeni yaşayış binası istifadəyə verilmişdir

Yanvarın 6-da Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə Sərhəd Dəstəsinin Biləsuvar Sərhəd Nəzarət Məntəqəsində zabit və gizir ailələri üçün inşa edilmiş dördmərtəbəli yaşayış binası istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilmiş mərasimdə DSX-nin rəisi, general-leytenant Elçin Quliyev iştirak etmişdir.
Tədbirdə məlumat verilmişdir ki, Biləsuvar Sərhəd Nəzarət Məntəqəsində xidmət edən sərhədçilərin Yeni il sevincinə daha bir sevinc əlavə olunmuşdur.
DSX-nin rəisi, general-leytenant Elçin Quliyev yeni yaşayış binasının istifadəyə verilməsi münasibətilə sərhədçiləri təbrik edərək onlara xoş arzularını çatdırmışdır.
Zabit və əsgərlərin məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlərdən ətraflı danışan Elçin Quliyev qeyd etmişdir ki, dövlətin qayğısı ilə Sərhəd Xidməti ən müasir standartlar əsasında qurulmuş və gündən-günə möhkəmlənir. Bununla yanaşı, əsgər və zabitlərin sosial-məişət şəraitini yaxşılaşdırmaq üçün davamlı tədbirlər həyata keçirilir. Ümumilikdə 24 mənzildən ibarət olan dördmərtəbəli binadakı mənzillərin hər birinin mebel dəsti və digər məişət avadanlığı ilə təchiz edilməsini bunun əyani nümunəsi kimi səciyyələndirən E.Quliyev 2012-ci ildə bu istiqamətdə həyata keçiriləcək layihələr barədə də məlumat vermişdir. Bildirmişdir ki, bu il onlarca sərhəd zastavası, sərhəd komendantlığı, yeni hərbi hissə və hərbi hissə bazaları açılacaqdır.
Sonra mənzillərin orderləri təqdim olunmuşdur.
Yeni mənzil alan sərhədçi ailələri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Xidməti borclarını bundan sonra da şərəflə yerinə yetirəcəklərindən və sərhədlərimizi göz bəbəyi kimi qoruyacaqlarından söhbət açan sərhədçilər Ali Baş Komandan İlham Əliyevin əmrinə hər an hazır olduqlarını bəyan etmişlər.
Sonda Elçin Quliyev və mərasim iştirakçıları yeni mənzillərdə yaradılmış şəraitlə tanış olmuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında