Sumqayıt gənclərinin bayram şənliyi

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Sumqayıtda düzənlənən bayram tədbirlərində şəhər gənclərinin uğurlarına da diqqət cəlb edilmiş, 2011-ci ilin onların həyatında silinməz izlər buraxdığı vurğulanmışdır.
Dənizkənarı parkdakı restoranlardan birində keçirilən görüşdə Sumqayıt idmançılarının müxtəlif yarışlarda qazandıqları qələbələrdən ətraflı bəhs edildi. Aparıcılar tarixə dönən ilin yaddaqalan hadisələrindən söhbət açdılar. Qeyd edildi ki, iyul ayında Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıtda 1saylı Uşaq-Gənclər İdman Məktəbinin, bu yaxınlarda isə Olimpiya İdman Kompleksinin təntənəli açılış mərasimləri olub. İl ərzində şəhərdə mini-futbol, velosiped idmanı, şahmat, dama, qol güləşi, kross üzrə kütləvi yarışlar keçirilib. Uşaq futbol klubu yaradılıb.
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov görüşə toplaşmış idmançıları, onların məşqçilərini, idman təşkilatlarının rəhbərlərini bayramlar münasibətilə təbrik etdi. O bildirdi ki, 2011-ci ildə Sumqayıt idmançıları müxtəlif səviyyəli yarışlardan 982 medal əldə ediblər. Bunlardan 176-sı mötəbər beynəlxalq yarışlarda qazanılıb. İdmançıılar təkcə dünya və Avropa çempionatları, birincilikləri və kuboku yarışlarında 22 qızıl, 25 gümüş və 29 bürünc medala sahib çıxıblar. Bu nailiyyətlər ölkə başçısı cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı sayəsində mümkün olub. Son illərdə Sumqayıtda üç böyük idman kompleksi tikilərək istifadəyə verilib, şahmat-dama məktəbi əsaslı təmir edilib, 10-a yaxın süni örtüklü idman meydançası quraşdırılıb.
Görüşdə 180 idmançıya və onların məşqçilərinə qiymətli hədiyyələr təqdim olundu. Tədbir bədii hissə ilə davam etdirildi.
Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində isə 2011-ci ildə 600-dən yuxarı balla tələbə adı qazanmış Sumqayıt məzunları ilə görüş keçirildi. Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov şəhərdə təhsil sisteminin düzgün qurulduğunu göstərən faktları diqqətə çatdıraraq dedi ki, ötən il 106 nəfər 600-dən yuxarı, o cümlədən 36 nəfər 650-dən yuxarı balla müxtəlif ali məktəblərə qəbul edilib. Əvvəlki illərdə olduğu kimi, ötən il də qəbul imtahanlarında yüksək nəticələr əldə etdiklərinə görə Prezident təqaüdünə layiq görülənlər çox olub. Hazırda şəhərdə onların sayı 69 nəfərdir.
Təhsil şöbəsinin müdiri Vidadi Bağırov son on ildə 600-dən yuxarı balla tələbə adı qazanmış sumqayıtlı məzunların sayının minə çatdığını iftixarla qeyd etdi. Onlara, həmçinin valideynlərinə və müəllimlərinə bayram təbriklərini və ən xoş arzularını çatdırdı.
Sonda tələbələrə fəxri fərmanlar və hədiyyələr verildi.
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında