Türkiyə Kürün məcrasının dəyişdirilməsi üzrə layihənin icrasını dayandırmışdır

"Beşikkaya" kaskad tipli su elektrik stansiyasının (SES) tikintisi səbəbilə Kür çayının məcrasının dəyişdirilməsi üzrə layihə dayandırılıb. Bu barədə cümə axşamı Trend-ə Türkiyənin Meşə və Su İşləri Nazirliyindən məlumat veriblər:
"Bu layihə hazırda nazirliyin gündəliyində dayanmır. Onun həyata keçirilməsi dayandırılıb".
Nazirlikdən layihənin dayandırılmasının səbəblərini açıqlamayıblar.
Bir müddət əvvəl bir sıra KİV-də məlumat yayılmışdı ki, "Beşikkaya" kaskad tipli SES-in tikintisi Kür çayının məcrasının dəyişdirilməsi ilə bağlıdır. Məlumata əsasən, çay Gürcüstan və Azərbaycan ərazilərindən axmayacaq və Xəzər dənizinə tökülmək əvəzinə Qara dənizə axacaq.
Bununla bağlı məsələlər Türkiyə parlamenti nümayəndə heyətinin bu yaxınlarda Gürcüstana səfəri zamanı müzakirə edilib.
Digər tərəfdən, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə məlumat veriblər ki, Türkiyənin mövcud təşəbbüsü Azərbaycan tərəfinin narahatlığına səbəb olmur. Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov bildirmişdir ki, bununla bağlı azərbaycanlı mütəxəssislərin iştirakı ilə Türkiyədə araşdırmalar aparılıb və Ərdahan bölgəsində həyata keçiriləcək layihənin xüsusiyyətləri müəyyən olunub. Bu bölgədə formalaşan su ildə 1 mlrd. kubmetrə yaxındır ki, bu da Gürcüstana ötürülür. Türkiyə bu həcmin yalnız 285 milyon kubmetrini öz məqsədləri üçün istifadə etmək fikrindədir".
Azərbaycana Gürcüstan sərhədindən Kür çayı vasitəsilə daxil olan sular ildə 8,7 milyard kubmetrdir. Kür çayının ümumi illik su ehtiyatları isə 26,9 milyard kubmetrdir. Götürüləcək 285 milyon kubmetr su Gürcüstandan daxil olan ümumi suyun cəmi 3 faizini təşkil edir ki, bunun da Azərbaycanın su ehtiyatlarına, onun ekosisteminin digər sahələrinə heç bir mənfi təsiri gözlənilmir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında