Asiya İnkişaf Bankı Azərbaycanda su təchizatı layihəsi üçün ikinci kredit tranşını təsdiqləyib

Asiya İnkişaf Bankının (AİB) menecmenti Azərbaycanda su təchizatı və sanitar xidmətlərinin yaxşılaşdırılması üzrə 300 milyon dollar məbləğində ikinci tranşın təqdim olunmasını təsdiqləyib. Trend xəbər verir ki, bu barədə cümə axşamı AİB-in saytında məlumat yerləşdirilmişdir.
"Bank krediti 2011-ci ilin sonunadək təsdiqləməyi planlaşdırmışdı. Bu prosedur texniki səbəblər üzündən 2012-ci ilədək təxirə salınıb. Danışıqlar isə tamamilə uğurlu keçib".
Kredit vəsaitləri Ağdaş, Göyçay, Naxçıvan və Beyləqanda su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması çərçivəsində işlərin başa çatdırılmasına yönəldilib.
Bu gün AİB su təchizatı və sanitar xidmətlər sisteminin yaxşılaşdırılması üzrə iki layihəni maliyyələşdirir. 30 milyon dollar məbləğində birinci kredit 2004-cü ildə Göycay və Naxçıvanda su təchizatı sisteminin bərpasına ayrılıb.
Beş il əvvəl təsdiqlənmiş layihənin bahalaşması və həmin rayonlarda işləri tam əhatə etməsi ilə əlaqədar MFF vəsaitləri hesabına 75 milyon dollar (birinci tranş), Azərbaycan hökuməti tərəfindən isə 25 milyon dollar ayrılıb.
İkinci tranş bu layihənin əhatə dairəsinin genişləndirilməsinə və dörd şəhəri - Ağdaş, Ağcabədi, Beyləqan və Balakəni əhatə etməsi üçün nəzərdə tutulub.
MFF 2009-cu ilin sentyabrında 600 milyon dollar həcmlə bankın Direktorlar Şurası tərəfindən bəyənilib. Multitranş maliyyələşdirmə su təchizatı və kanalizasiya sahəsində islahatlar proqramı və aydın strategiya ilə dəstəklənən investisiyaları nəzərə alaraq, AİB ilə ölkə hökuməti arasında səkkiz illik əməkdaşlıq üçün əsas olacaq. "Azərsu" ASC-nin su layihəsi üzrə məsləhətçisi "AICO Consulting Ltd/European Consultans Organization" konsorsiumudur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında