Azərbaycanın illik neft-qaz gəlirləri 20 milyard dollara çatır

Azərbaycanın neft və qaz satışından illik gəlirləri 15-20 milyard dollar arasında dəyişir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Türkiyənin TRT telekanalına müsahibəsində məlumat vermişdir. Müsahibə cümə axşamı yayımlanmışdır.
Karbohidrogenlərin satışından gələn gəlirlərin həcmi neftin qiymətindən asılı olaraq dəyişir.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) rəhbəri Şahmar Mövsümovun cümə axşamı TRT telekanalına bidirdiyi kimi, ARDNF yarandığı andan fonda 60 milyard dollardan artıq vəsait daxil olub, onların böyük əksəriyyəti toplanıb və hazırda fond tərəfindən idarə olunur. Hazırda Neft Fondunun idarəçiliyində 32 milyard dollar vəsait var. Ş.Mövsümov bildirib ki, fondun vəsaitlərinin bir hissəsi hər il transfer şəklində dövlət büdcəsinə göndərilir. O cümlədən, bu il ARDNF-dən dövlət büdcəsinə transferlər 9 milyard manata yaxın təşkil edib, gələn il isə bu göstəricinin 10 milyard manat (yaxud 12 milyard dollara yaxın) olacağı gözlənilir.
Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb. Fondun əsas məqsədləri bunlardır: iqtisadiyyata mənfi təsirlərin minimallaşdırılması məqsədilə Fondun vəsait və aktivlərini xaricdə yerləşdirməklə müəyyən dərəcədə "holland sindromu"nun qarşısını almaq, vəsaitlərin gələcək nəsillər üçün toplanmasını təmin etmək və ölkədə cari sosial-iqtisadi prosesləri dəstəkləmək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında