Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin London şəhərində keçirilən 87-ci sessiyası başa çatıb

Sessiyada Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib
Bu il may ayının 12-dən 21-dək London şəhərində Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 87-ci sessiyası öz işinə başlamışdır. 168 üzv dövlətin və müxtəlif beynəlxalq təşkilatların iştirak etdiyi Sessiyada Azərbaycan Respublikasını Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Sessiya zamanı dənizdə təhlükəsizliyin artırılması üzrə tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartlar, dənizdə həyata keçirilən xilasetmə və axtarış fəaliyyətinin təkmilləşdirilməsi, Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlər tərəfindən Dövlət Bayraq və Liman Nəzarətinin həyata keçirilməsi və təsnifat cəmiyyətlərinin fəaliyyətlərinə nəzarət mexanizminin gücləndirilməsi metodları müzakirə edilmişdir.
Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyası zamanı əsas diqqət dəniz ətraf mühitinin mühafizəsi üzrə üzv dövlətlər tərəfindən beynəlxalq konvensiyaların tələblərinə riayət olunması vəziyyətinin və bu sahədə həyata keçirilmiş tədbirlərin qiymətləndirilməsinə yönəldilmişdir. Komitənin iclasında həmçinin yuxarıda qeyd edilənlər və eləcə də son vaxtlar beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması, bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrinin səfərbər edilməsi üçün görülmüş işlər, hazırda dəniz quldurları tərəfindən əsirlikdə saxlanılan 368 nəfər dənizçinin vəziyyəti, onların və girovda olan 18 gəminin azad olunması üçün həyata keçirilən tədbirlər barədə Beynəlxalq Dəniz Təşkilatının baş katibi admiral Eftimios Mitropoulosun geniş məruzəsi dinlənilmişdir.
Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyasının keçirildiyi dövr ərzində Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov dəniz nəqliyyatı sahəsində qabaqcıl dünya dövlətlərinin dəniz administrasiyalarının başcıları ilə görüşlər keçirmiş, görüşlər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa diqqət və qayğısı ilə iqtisadiyyatın digər sahələri ilə yanaşı, dəniz nəqliyyatı sahəsində respublikada görülmüş işlər barədə müfəssəl məlumat verilmiş, habelə dəniz təhlükəsizliyi sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparmışdır. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının yaradıldığı dövrdən keçmiş qısa müddət ərzində əldə olunmuş nailiyyətlər və Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində görülmüş işlər xarici mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilmişdir.
Sessiyanın sonunda dəniz nəqliyyatı sahəsində mövcud konvensiyalara nəzarət edilməsi nəzərdə tutulan dəyişikliklərin layihələri səsə qoyularaq yekdilliklə təsdiq edilmişdir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında