Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak edən namizədlərin nəzərinə

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, qulluğa qəbulla bağlı 2011-ci ilin noyabr ayının 19-da keçirilmiş test imtahanının nəticələrinə görə uğur qazanmış şəxslərin sənədlərinin toplanması və yoxlanılması başa çatmışdır.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, 122 namizəd müsabiqənin ikinci mərhələsinə - söhbətə buraxılmışdır. Onların əksəriyyəti gənclərdir və təxminən yarısı respublikamızın müxtəlif bölgələrini təmsil edirlər.
Namizədlərlə Müsabiqə Komissiyası tərəfindən fərdi qaydada söhbət keçirilməsinə 2012-ci il yanvarın 10-dan başlanılması qərara alınmışdır.
Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) keçiriləcək söhbətə dəvət edilən hər bir namizədə qaydalara müvafiq olaraq söhbətin tarixi və vaxtı barədə əvvəlcədən məlumat veriləcəkdir.
Qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış namizədlər peşə fəaliyyətinə buraxılması məqsədi ilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaqdır.

{nl}

AzərTAc

{nl}



© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında