Dörd beynəlxalq təşkilat dondurulmuş münaqişələrin həlli məsələsini müzakirə edəcəkdir

GUAM Parlament Assambleyası (PA), Baltik Assambleyası, Benilüks Parlamenti və Vışeqrad Sammitinin təmsilçilərinin iştirakı ilə Bakıda dördtərəfli görüş və beynəlxalq konfrans keçiriləcəkdir. Məqsəd dörd qurumun birgə əməkdaşlığını genişləndirməkdir.
Toplantıda müzakirə olunacaq əsas məsələlərdən biri dondurulmuş münaqişələrin həlli olacaqdır.
Azərbaycanın GUAM PA-da nümayəndə heyətinin rəhbəri Elton Məmmədov bildirmişdir ki, GUAM dondurulmuş münaqişələrin həlli məsələsini daim gündəmdə saxlayır. Bakıda keçirilmiş "Sərhədlər üzərindən əlaqələrin qurulması" beynəlxalq konfransın yekununda qəbul olunmuş qətnamədə GUAM-ın üzvü olan ölkələrin ərazilərindəki dondurulmuş münaqişələrin beynəlxalq aləmdə tanınmış sərhədlər, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində sülh yolu ilə nizamlanması əksini tapmışdır. Baltik Assambleyasının Qafqaz regionunda münaqişələrin həlli ilə bağlı ayrıca qəbul etdiyi sənəddə üzv ölkələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin tərəfdarı olduqlarını bəyan etmişlər.
E.Məmmədov qeyd etmişdir ki, GUAM PA-nın bürosunda qəbul olunan razılığa əsasən bu il qurumun toplantılarında əsasən enerji, elm və təhsil, dondurulmuş münaqişələrin həlli, "Nabukko" layihəsinin reallaşdırılması və digər məsələlər müzakirə olunacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında