Belçika Krallığı senatının fəxri prezidenti, müdafiə və xarici əlaqələr komissiyasının sədri Quba məzarlığını ziyarət etmiş, erməni vəhşiliklərindən dəhşətə gəldiyini söyləmişdir

Mayın 24-də Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov ölkəmizdə səfərdə olan Belçika Krallığı Senatının fəxri prezidenti, Müdafiə və Xarici Əlaqələr Komissiyasının sədri xanım Anne Marie Lizinlə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ramiz Nəcəfov regionda vəziyyət və Müdafiə Nazirliyinin beynəlxalq hərbi əlaqələri barədə qonağa məlumat vermişdir.
Səfəri çərçivəsində Quba məzarlığını ziyarət etdiyini və erməni vəhşiliklərindən dəhşətə gəldiyini bildirən belçikalı qonaq Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışacağını vurğulamışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında