Nazirlər Kabineti 2010-2011-cı illərdə "Elektron hökumət"in formalaşdırılması üzrə fəaliyyət proqramını təsdiqləmişdir

Nazirlər Kabinetinin sərəncamı ilə 2010-2011-ci illərdə respublikada "Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramı təsdiqlənmişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, təsdiq edilmiş proqramın məqsədi respublikada "e-hökumət"in formalaşdırılmasının təmin edilməsi və bunun üçün dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq etməklə idarəçilik metod və mexanizmlərinin təkmilləşdirilməsi, elektron xidmətlərin göstərilməsinin təşkili, vətəndaş və təşkilatların bu xidmətlərdən sadə, asan və sərbəst istifadəsi üzrə kompleks tədbirlərin həyata keçirilməsidir.Fəaliyyət Proqramının əlaqələndirici orqanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müəyyən edilmişdir.
"E-hökumət" daha geniş olan elektron dövlət ideyasının tərkib hissəsidir və əsasən hökumət sektorunu əhatə edir.
Azərbaycanda yoxsulluğun ləğv edilməsi, vətəndaşların firavan yaşaması üçün şəraitin yaradılması istiqamətində, həmçinin "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın icrası məqsədi ilə həyata keçirilən "Elektron hökumət"in formalaşması və inkişafı dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, onların şəffaflığının təmin edilməsi və bürokratik əngəllərin azalmasına kömək edəcəkdir.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında