Bakı şəhəri qəsəbələrinin içməli su təchizatı yaxşılaşdırılır

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması üzrə tədbirlərini davam etdirir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Bakının Sabunçu rayonunda "Balaxanı" Su Anbarları Kompleksinin təməli qoyulmuşdur.
Bununla əlaqədar dekabrın 28-də keçirilən mərasimdə çıxış edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, səhmdar cəmiyyət Bakı şəhəri və ətraf qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində şəhərətrafı qəsəbələrin su və kanalizasiya sistemləri yenidən qurulur. Tədbirlər planına uyğun olaraq indiyə qədər su almayan Qala, Zirə, Türkan, Pirallahı və digər qəsəbələrini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün Balaxanıda ümumi tutumu 80 min kubmetr olan anbar kompleksinin inşasına başlanılmışdır. Kompleksdə hər birinin tutumu 10 min kubmetr olan 8 anbar tikiləcək. Anbar kompleksinə Oğuz-Qəbələ-Bakı kəmərindən və Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən su nəql etmək üçün 1400 millimetr diametrli su kəməri çəkiləcək. Anbardan qəsəbələrə içməli su özüaxımlı rejimdə veriləcək.
Bu layihə ümumilikdə 26 qəsəbədə 950 min nəfərin içməli su təchizatını yaxşılaşdıracaq. Xatırladaq ki, hazırda Balaxanı, Qala, Zirə, Türkan, Pirallahı və digər ətraf qəsəbələrə içməli su səyyar maşınlarla daşınır.

{nl}

M.YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında