Azərbaycan xalqı 2011-ci ildə çox böyük uğurlara imza atmışdır

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və 500-dək gənc iştirak etmişlər.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov tədbiri açaraq, iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etmiş, bu bayramın əhəmiyyətindən danışmışdır. S.Orucov demişdir ki, dövlət hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini YAP sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Gənclərin xarici ölkələrdə təhsil alması, tələbələrin təqaüdlərinin artırılması, Azərbaycan gəncliyinin inkişafı ilə bağlı 2011-2015-ci illəri əhatə edən xüsusi dövlət proqramının təsdiq olunması, gənclərin asudə vaxtlarının səmərəli təşkili, yeni idman olimpiya mərkəzlərinin, təhsil ocaqlarının istifadəyə verilməsi bunun əyani sübutudur.
YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək gəncləri və tədbir iştirakçılarının bayram münasibətilə təbrik etmişdir.
Ə.Əhmədov demişdir ki, 2011-ci il Azərbaycan xalqı üçün çox əlamətdar hadisələrlə yadda qalacaqdır. Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində dünyada böyük uğurlar qazanmışdır. Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsində qalib olması, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bizim ən böyük nailiyyətlərimizdəndir. Yola saldığımız il həm də ona görə əlamətdar olmuşdur ki, bu il biz hamılıqla Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin 50 illik yubileyini qeyd etmişik. Əminəm ki, hər bir gənc, hər bir Azərbaycan vətəndaşı gələn ildə də öz lideri ətrafında daha sıx birləşəcək və xalqımız daha böyük uğurlara imza atacaqdır.
Sonda Ə.Əhmədov gənclərə təhsildə, əməkdə, eləcə də siyasi fəaliyyətdə uğurlar arzulamışdır.
Tədbir maraqlı konsert proqramı ilə davam etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında