Bakıda keçiriləcək 57-ci "Eurovision" mahnı müsabiqəsi qonaqların yaddaşında saysız-hesabsız xoş xatirələr buraxacaqdır

Bakıda keçiriləcək 57-ci "Eurovision" mahnı müsabiqəsi qonaqların yaddaşında saysız-hesabsız xoş xatirələr buraxacaqdır. Bakı olduqca maraqlı və gözəl şəhərdir. Yüksək sürətlə inkişaf edən, qonaqpərvər insanlarla zəngin paytaxtınız vardır.
Bu fikirləri "Eurovision" mahnı müsabiqəsinin təşkilati məsələlər üzrə direktoru Sietse Bakker demişdir.
S.Bakker vurğulamışdır ki, biz Bayraq Meydanında tikintisi davam edən "Eurovision-2012" şousunun keçirilməsi nəzərdə tutulan məkanı nəzarət altında saxlayırıq. Burada aparılan tikinti işləri ilə daim maraqlanırıq. Şou üçün nəzərdə tutulan məkan təsdiq olunduqdan qısa müddət sonra biletlərin satışı ilə bağlı bütün məsələlər də həll ediləcəkdir.
"Eurovision"un təşkilati məsələlər üzrə direktoru bildirmişdir ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti yerli və xarici tərəfdaşlarla birgə Avropa ictimaiyyətinə ən yaxşı şou nümayiş etdirəcəkdir. Bu, Azərbaycan və Bakının Avropa xalqlarına ilk təqdimatı olacaqdır. Nəzərə alsaq ki, Avropa xalqları bu ölkə və şəhər haqqında az məlumatlıdır, Azərbaycan xalqı üçün bu, digər Avropa ölkələrinə özlərini təqdim etmək, nə ilə fəxr etdiklərini çatdırmaq, hansı adət-ənənəyə sahib olduqlarını və avropalılara nə təklif edə biləcəklərini göstərmək üçün mükəmməl bir şansdır.
Sietse Bakker demişdir ki, 2012-ci ildə Bakıda keçiriləcək müsabiqədə 40-a yaxın ölkənin təmsil olunacağını gözləyirik. İştirakçı ölkələrin siyahısı yanvarın əvvəllərində açıqlanacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında