Yeni Azərbaycan Partiyası Gənclər Birliyi fəaliyyətini hər cür şəraitlə təmin olunmuş yeni ofisində davam etdirəcək

Dekabrın 24-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin yeni ofisinin açılış mərasimi keçirildi. Əvvəlcə tədbirdə dövlət başçısı İlham Əliyevin yubileyi münasibətilə Yeni Azərbaycan Partiyası tərəfindən hazırlanan, Prezidentin həyat və fəaliyyətindən bəhs edən kitabın təqdimatı oldu.
Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirdi ki, gənclərin ixtiyarında olacaq yeni ofisin açılışı əlamətdar bir günə təsadüf edir. Belə ki, dekabrın 24-ü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günü, yubileyidir. Cənab Prezidentin 50 yaşı tamam olur. Biz də bu münasibətlə cənab Prezidentə ən səmimi arzularımızı çatdırırıq, cansağlığı diləyirik, gələcək işlərində yeni-yeni uğurlar arzulayırıq.
Azərbaycan gənclərinin ölkə başçısını qətiyyətlə dəstəklədiyini bildirən Əli Əhmədov demişdir: "Gənclik əslində yenilik deməkdir. Yeniliyin önündə gedən gənclərdir. Bu mənada Prezidentimizin siyasətini qətiyyətlə dəstəkləyən gənclər onun ətrafında sıx birləşib. Bu gün Azərbaycan gənclərinin böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasının ətrafında birləşib. Partiyanın Gənclər Təşkilatının yeni ofisinin açılışının əlamətdar günə təsadüf etməsini onlar həmişə xatırlayacaqlar. Bu da gənclərin üzərinə daha da böyük məsuliyyət qoyur. Onlar həm bu günün, həm də bu qədər dəyərli insanların iştirakı ilə yeni ofisin açılışının məsuliyyətini həmişə dərk edəcəklər".
Gənclər və idman naziri Azad Rəhimov da ofisin açılışının önəmli bir günə təsadüf etdiyini dedi və qeyd etdi ki, hamımız bir yerdə gözəl bir günü, anı yaşayırıq. İnanırıq ki, bu ofisdə gözəl layihələr həyata keçiriləcək, ofis gənclərin daimi məkanına çevriləcək. Onlar yeni-yeni ideyalarla, təkliflərlə çıxış edəcəklər. Biz də onları daim dəstəkləyirik. Azad Rəhimov onu da əlavə etdi ki, bizim ölkəmiz gənc bir ölkədir, əhalisinin 66 faizi 35 yaşına qədər olan insanlardır, 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir: "Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi siyasi bir təşkilatdır. Bu, ilk öncə liderlik məktəbidir. Buraya toplaşan gənclərin işi siyasətlə bağlıdır, ictimai işlə bağlıdır və sözsüz ki, biz də nazirlik olaraq bunu dəstəkləyirik. İnanıram ki, gənclər bayrağımızı, ulu öndərin adını, azərbaycançılığı dünyanın hər bir yerində layiqincə təmsil edəcəklər".
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi həmişə Azərbaycan siyasətində öz sözünü deyib və bu gün də birlik Azərbaycan gənclər hərəkatının önündədir. Bu fikirləri səsləndirən Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov bildirdi ki, gənclər həm sayına, həm də keyfiyyətinə görə irəlidədirlər. Gənclər Birliyi Azərbaycan gənclər siyasətinin aparıcı qüvvəsidir. Bu gün gənclərin formalaşmasını stimullaşdıran, istedadlı gəncləri ortaya çıxaran, müxtəlif sahələrə onları yönəldən rəhbər şəxslərin bir çoxu bu təşkilatdan çıxmış insanlardır. Elnur Aslanov Gənclər Birliyinə uğurlar arzuladı, mübariz, fəal olmağı töfsiyə etdi. Ümid etdiyini bildirdi ki, gənclər Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında daha da fəal iştirak edəcəklər.
Daha sonra mərasimdə YAP Gənclər Birliyinin internet saytının təqdimatı oldu. YAP Gənclər Birliyinin sədri Seymur Orucov sayt haqqında məlumat verdi. Mərasim iştirakçıları həmçinin, YAP Gənclər Birliyinin yeni ofisinin iş şəraiti ilə tanış oldular.

{nl}

Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında