Qanun dəyişəcək, amma partiyaların yenidən qeydiyyatı tələb olunmayacaq

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dekabrın 26-da "Media forum" saytına açıqlamasında bildirmişdir ki, 1992-ci ildə qəbul olunmuş "Siyasi partiyalar haqqında" qanuna dəyişiklik ediləcəyi gözlənilirdi.
Prezident Administrasiyasında hazırlanan əlavə və dəyişikliklər layihəsində siyasi partiyaların üzvlərinin minimal sayının 1000 nəfərdən 5000 nəfərə qədər artırılması nəzərdə tutulmuşdur. Müxalif siyasi partiyalar qeydiyyat üçün tələb olunan sayın artırılması ilə razılaşmır. Onlar hesab edirlər ki, bu əlavə və dəyişikliklərin qəbulundan sonra partiyaları yenidən qeydiyyata alacaqlar və hakimiyyət say məsələsini əsas gətirib müxalifət partiyalarına problemlər yaradacaq.
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov "Media forum"a açıqlamasında bu məsələyə aydınlıq gətirmişdir: Say məsələsi gələcəkdə yaradılacaq partiyalara aid olacaq. "Siyasi partiyalar dövlətdən maliyyə ala bilmək üçün qanunun tələblərinə mütləq əməl etməlidirlər. Dövlət siyasi partiyaların bir qədər təmərküzləşməsinin, birləşməsinin, daha böyük təşkilatlara çevrilməsinin və Azərbaycan əhalisinin sayına adekvat gəlməsinin, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsinin tərəfdarıdır. Ona görə də qeydiyyat üçün tələb olunan say beş min nəfər müəyyənləşdirilmişdir. Bundan sonra yaranacaq partiyalar ciddi seçim qarşısında qalacaqlar".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında