Avropa Azərbaycanlıları Konqresi Fransa Prezidentinə müraciət etmişdir

Avropa Azərbaycanlıları Konqresi (AAK) Fransa Prezidenti Nikola Sarkoziyə müraciət etmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə vurğulanır ki, Fransanın aşağı palatası - Milli Assambleyanın qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəza tətbiq olunması ilə bağlı qəbul etdiyi qərar söz və ifadə azadlığını kobud surətdə pozur.
Bu qanunla birinci növbədə fransız xalqının söz və fikir azadlığına son qoyulmuş, Fransa dövlətinin prinsipləri ayaqlar altına atılmışdır.
"Biz Avropa Azərbaycanlıları Konqresi olaraq bu qanunun qəbul edilməsini kəskin şəkildə pisləyir və etirazımızı bildiririk. Bu qanunun qəbul edilməsi ilə tarix saxtalaşdırılmış, xalqlar arasında kin, nifrət, intiqam və düşmənçilik toxumu səpilmiş, dünyada əmin-amanlığın bərqərar olunmasına ağır zərbə vurulmuşdur. Bu qanun nə Ermənistana, nə Türkiyəyə, nə də Azərbaycana fayda gətirəcəkdir. Bu yolla Qafqazda sülh əldə olunmayacaqdır", - deyə müraciətdə qeyd olunmuşdur.
Müraciətin müəllifləri Fransa Prezidentinə 20 il əvvəl bütün dünyanın gözləri önündə baş vermiş və faktları, şahidləri olan soyqırımını xatırladaraq bildirmişlər ki, Ermənistan prezidenti Serj Sarkisyanın bilavasitə özünün iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı qətliam törədilmişdir. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, bunun nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Fransanın da üzv olduğu ATƏT-in Minsk qrupu məsələni sülh yolu ilə həll etmək üçün fəaliyyət göstərsə də, bu günə qədər nə işğala son qoyulmuş, nə də qatillər cəzalandırılmışdır.
"Avropa Azərbaycanlıları Konqresi olaraq Sizdən və ATƏT-in Minsk qrupunun üzvü olan Fransa dövlətindən Xocalıya ədalətin təmin olunmasını tələb edirik. Sülh ədalətsizlik və hüquqsuzluq üzərində qurula bilməz", - deyə müraciətdə vurğulanmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında