Əli Həsənov: "Dağlıq Qarabağda keçirilən "seçki" separatçı rejimin ömrünün uzadılmasına xidmət edir"

Separatçı rejimin Dağlıq Qarabağda keçirdiyi "seçkilər"lə bağlı Azərbaycan hökuməti artıq öz mövqeyini bildirmişdir. Azərbaycan hökuməti bütün beynəlxalq təşkilatları, xüsusilə bölgədə sülhməramlı missiya ilə məşğul olan ATƏT-in Minsk qrupunu bu seçkiləri pisləməyə və rejimə öz etirazını bildirməyə çağırmışdır. Bu çağırışlar eşidilmişdir.
Bu sözləri mayın 24-də Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.
Şöbə müdiri bildirmişdir ki, əhalisinin yarısının məcburi köçkün vəziyyətində olan bölgədə istənilən halda seçki keçirmək mümkün deyildir. Biz dəfələrlə demişik ki, bu "seçki" separatçı rejimin ömrünün uzadılmasına, onun qeyri-qanuni fəaliyyətinə qanuni don geyindirməyə xidmət göstərir. Azərbaycan bu faktla barışa bilməz. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, nə qədər Dağlıq Qarabağın hüquqi statusu razılaşdırılmayıb, məcburi köçkünlər öz evlərinə qayıtmayıb, orada keçirilən "seçkilər" qanuni ola bilməz.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında