Ziya Bünyadov ölümündən sonra "Vətən Övladı" ordeni ilə təltif edilmişdir

Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Muzeyində "Dədə Qorqud" Milli Fondu və "Azərbaycan Dünyası" beynəlxalq jurnalının Sovet İttifaqı Qəhramanı, məşhur Azərbaycan tarixçisi, görkəmli elm xadimi, akademik Ziya Bünyadovu ölümündən sonra "Vətən Övladı" ordeni ilə təltif etməsi münasibətilə mərasim keçirilmişdir.
Trend-in məlumatına görə, "Vətən Övladı" qızıl ordeninə cəmiyyətin ən yaxşı nümayəndələri layiq görülürlər. Müxtəlif illərdə bu ordenlə Azərbaycan, Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və başqa ölkələrin elm və mədəniyyət xadimləri, siyasətçilər biznes nümayəndələri təltif olunmuşlar.
Bu mükafat Ziya Bünyadova türk dünyası qarşısında xidmətlərinə və tariximizin tədqiqi sahəsində qazandığı nailiyyətlərə görə verilmişdir.
"Vətən Övladı" ordeni mərhum tarixçinin həyat yoldaşı Tahirə Bünyadovaya təqdim olunmuşdur. Tahirə xanım mükafata və həyat yoldaşının fəaliyyətinə yüksək qiymət verilməsinə görə Fondun prezidenti Eldar İsmayılova, Ağsaqqallar Şurasına və "Azərbaycan Dünyası" Beynəlxalq jurnalının kollektivinə təşəkkür etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında