MDB ölkələri baş prokurorlarının Əlaqələndirmə Şurası Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir

Mayın 24-də Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan MDB ölkələri baş prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Valeri Yeroxin ilə görüşmüşdür.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Zakir Qaralov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qanunçuluğun təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi, məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması, o cümlədən müasir informasiya texnologiyalarının tətbiqi, prokurorluğun kadr korpusunun gənc mütəxəssislər hesabına komplektləşdirilməsi və qarşıda duran vəzifələr barədə qonağa ətraflı məlumat vermişdir. Zakir Qaralov cinayətkarlığa qarşı mübarizə sahəsində MDB ölkələri baş prokurorlarının Əlaqələndirmə Şurası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı faydalı əməkdaşlığın dinamik inkişaf etdiyini xüsusi vurğulamışdır.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Valeri Yeroxin təmsil etdiyi təşkilatın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, bu cür görüşlərin qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından faydalı olduğunu və MDB ölkələrinin baş prokurorlarının Əlaqələndirmə Şurası ilə Azərbaycan Prokurorluğu arasında əməkdaşlıgın, həmçinin ikitərəfli qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini vurğulamışdır.
Görüşdə digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır.
Sonra qonaq Azərbaycan Prokurorluğunun Tarix muzeyi və Elm-Tədris Mərkəzi ilə tanış olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında