"Vətənin İlhamı. Ömürdən reportaj" kitabının təqdimat mərasimi olmuşdur

Dekabrın 24-də Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli İncəsənət Muzeyində "Vətənin İlhamı. Ömürdən reportaj" kitabının təqdimat mərasimini keçirmişdir.
Ktabın müəllifi Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli, "ön söz"ün müəllifi isə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.
Təqdimat mərasimində çıxış edən Əbülfəs Qarayev bildirmişdir ki, Azərbaycanın son 8 ildəki dinamik inkişafı, onun beynəlxalq aləmdə nüfuzunun günbəgün artması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin bəhrəsidir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın inkişaf modelinin dövlətimizin başçısı tərəfindən yaradıcılıqla daha da təkmilləşdirilməsi nəticəsində ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Nazir vurğulamışdır ki, yeni nəşrdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mədəniyyət və turizm siyasətinin əsas yekunları öz əksini tapmışdır. Bu kitab Azərbaycan Prezidentinin rəhbərliyi ilə 2003-2011-ci illərdə reallaşdırılan mədəniyyət və turizm siyasətinin əsas istiqamətlərini, əldə olunmuş nəticələri ən qısa şəkildə əks etdirir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyini təntənə ilə qeyd etdiyimiz bu əlamətdar ildə Prezident İlham Əliyevin 50 yaşının tamam olduğunu nəzərə alan müəllif onun yetkin bir ziyalı və dövlət xadimi kimi yetişdiyi mühiti canlandırmağa səy göstərmişdir.
Nazir bildirmişdir ki, 7 fəsildən ibarət olan kitabla tanışlıqdan sonra hər bir oxucu Prezident İlham Əliyevin 8 illik hakimiyyəti dövründə ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət və turizm sahələrində də mühüm nailiyyətlərə imza atıldığının şahidi olacaqdır.
Tədbirdə Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, xalq yazıçısı Çingiz Abdullayev, Rusiyanın İTAR-TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman çıxış edərək kitabın məziyyətlərindən danışmışlar.
Kitabda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyat yoluna və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uğurlu layihələrinə də ayrıca yer ayrılmışdır.
Mərasim iştirakçılarına minnətdarlığını bildirən müəllif Vaqif Bəhmənli demişdir ki, bu kitabın əsl müəllifi Prezident İlham Əliyevdir. Ona görə ki, Prezidentin səyi və təşəbbüsü ilə ölkəmizin hər yerində müxtəlif mədəniyyət obyektləri açılır, yeni-yeni uğurlu layihələr reallaşdırılır.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 50 illik yubileyi münasibətilə təbrik etmiş, ona Vətənimizin və xalqımızın xoşbəxt gələcəyi naminə şərəfli fəaliyyətində uğurlar arzulamışlar.
Sonda tədbir iştirakçıları "Prezidentin həyatının 50 anı" adlı sərgi ilə tanış olmuşlar.{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında